Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/54/42-47

Şəhla Həsənzadə

Bakı Dövlət Universiteti

doktorant

https://orcid.org/0009-0000-8953-1438

shahla.aqill@gmail.com

 

Şəxsiyyətin öyrənilməsində psixodinamik

istiqamətin tətbiqi aspektləri

 

Xülasə

 

Psixodinamik istiqamət şəxsiyyətin öyrənilməsində insanın dərin, şüuraltı psixoloji proseslərini, erkən həyat təcrübələrinin təsirini və daxili konfliktlərin formalaşdırdığı davranış modellərini tədqiq etməyə imkan verir. Bu yanaşma şəxsiyyətin strukturunu id, eqo və supereqo kimi komponentlər üzərindən izah edir və müdafiə mexanizmlərinin emosional tənzimləmə və davranışın formalaşma-sında rolunu vurğulayır.

Psixodinamik istiqamət müşahidə, sərbəst assosiasiya, proyektiv testlər və yuxuların təhlili kimi üsullardan istifadə etməklə, fərdin şüuraltı motivlərini və psixoloji dinamikasını dərindən öyrənməyə şərait yaradır. Müasir psixodinamik yanaşmalar isə bağlanma nəzəriyyəsi, obyekt münasibətləri kimi konsepsiyaları inteqrasiya edərək şəxsiyyətin inkişaf faktorlarını daha geniş kontekstdə izah edir.

Bu çərçivə şəxsiyyətin formalaşması və problemlərin mənşəyinin tədqiqi üçün nəzəri və praktik baxımdan əhəmiyyətli bir tədqiqat istiqaməti hesab olunur.

Açar sözlər: psixoanaliz, şəxsiyyət, bağlanma nəzəriyyəsi, yuxu analizi, eqo

 

 



Baxış: 19