Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025
Elnarə Zülfüqarova
Bakı Qızlar Universiteti
magistrant
https://orcid.org/0000-0003-3375-2498
elnara17002@gmail.com
Şəxsiyyətin inkişafına təsir edən əsas mühüm amillər
Xülasə
Şəxsiyyətin inkişafı çoxfaktorlu prosesdir və insanın formalaşmasına həm bioloji, həm də sosial amillər təsir göstərir. Əsasən, irsiyyət insanın fizioloji və psixoloji potensialını müəyyən edir, ancaq bu potensialın reallaşması mühit və tərbiyədən asılıdır. Ailə mühiti, valideyn davranışları və sosial münasibətlər uşağın dəyərlərini, vərdişlərini və emosional inkişafını formalaşdıran başlıca faktorlar arasındadır.
Məqsəd: mövzunun məqsədi şəxsiyyətin inkişafına təsir edən əsas amilləri müəyyənləşdirərək onların formalaşma prosesindəki rolunu izah etməkdir.
Təhsil sistemi və məktəb mühiti intellektual inkişafı, sosial bacarıqları və özünüdərk prosesini gücləndirən vacib amillərdir. Həmyaşıdlarla ünsiyyət isə sosiallaşma, uyğunlaşma və əməkdaşlıq bacarıqlarının formalaşmasında mühüm rol oynayır.
Bununla yanaşı, kütləvi informasiya vasitələri, texnologiya və mədəni mühit də şəxsiyyətin dünyagörüşünə, davranış modellərinə və sosial dəyərlərinə təsir göstərir. Şəxsin özünütərbiyəsi, məqsədyönlülüyü və iradəsi isə fərdi inkişafın daxili hərəkətverici qüvvəsi kimi çıxış edir. Beləliklə, şəxsiyyətin inkişafı irsi xüsusiyyətlərlə sosial təsirlərin qarşılıqlı əlaqəsində meydana gələn kompleks, ardıcıl və dinamik prosesdir.
Açar sözlər: şəxsiyyətin inkişafı, irsiyyət, mühit, tərbiyə, ailə faktoru, təhsil, sosiallaşma, həmyaşıd təsiri, psixoloji inkişaf, mədəni mühit
Baxış: 27