Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: J.H.Qənbərli 

Açar sözlər: obraz, cəngavər, qəhrəmanlıq, xeyirxahlıq 
Ключевые слова: образ, рыцарь, героизм ,добратa 
Key words: characher, knight, heroism, kindness
 

1605-ci ildə Madrid kitabsatanı Fransisko de Robles Servantesin Ağıl dəryası Lamançlı əsilzadə Don Kixot romanının ilk nüsxələrini satmağa başladı. Həmin ilin iyulunda Valensiada Don Kixot romanının birinci hissəsinin artıq beşinci nəşri satılırdı.(1)1607-ci ildə romanın İngiltərə və Brusseldə nəşr edilməsi isə qısa bir müddət ərzində əsərin yalnız İspaniyada deyil, başqa ölkələrdə də böyük şöhrət qazanmasına dəlalət edir.
Roman üzərində işin başlanması tarixini adətən 1600-cü ilə aid edirlər ki, bu vaxt heç də gənc olmayan Servan-tes Sevilya məhbəsində borc cəzası çəkirdi. Don Kixot romanı Avropa tarixinin böyük bir mərhələsinin ensiklopedi-yasını özündə yaşadır.Bu əsərdə dövrün bütün təbəqələrindən olan 669surət iştirak edir. (2)


Baxış: 1774