DOI: https://doi.org/10.36719/2706-6185/57/7-13
Sənaye inqilabları tarix müstəvisində: mahiyyəti, səbəbləri və nəticələri
Xülasə
Tədqiqatın məqsədi – ölkələrin tarixi-iqtisadi inkişafında sənaye inqilablarının oynadığı rolun qiymətləndirilməsi, bəhs olunan sferada müxtəlif amillərin və mühit elementlərinin təsir-əkstəsir reallıqları çərçivəsində xarakterizə olunması. Tədqiqatın metodologiyası – müşahidə və qruplaşdırma, müqayisəli təhlil, induksiya və deduksiya, mütləq və nisbi kəmiyyətlər metodlarından istifadə olunması.
Tədqiqatın nəticələri – sənaye inqilabları, onların obyektləri sahəsində ilk növbədə İngiltərədə, sonrakı mərhələlərdə isə Avropa ölkələrində, Amerikada və Yaponiyada müxtəlif dəyişikliklərin meydana gəlməsi üsulları və qanunauyğunluqlarının metodiki-metodoloji araşdırılması.
Tədqiqatın nəzəri və təcrübi əhəmiyyəti – sənaye inqilablarının baş vermə səbəbləri və nəticələri, onların yarada biləcəyi effektlər haqqında müfəssəl informasiyanın toplanması, onlardan istifadənin cəhətlərinin çoxsaylı araşdırmalara məruz qoyulması.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – sənaye inqilabı sahəsində yer almış problemlərin vahid müstəvidə, qarşılıqlı əlaqə və asılılıq rejimində sistemli öyrənilməsi, yarana biləcək fərqli situasiyalar daxilində müxtəlif artım və modernləşdirmə səviyyələrinin çoxamilli araşdırmalara məruz qoyulması.
Açar sözlər: sənaye sahəsi, sənaye inqilabı, sənaye istehsalı, sənayeləşmə prosesləri, sənaye təcrübəsi