Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/59/122-127 

Alim Nəsirov

İstanbul Universiteti

doktorant

https://orcid.org/0000-0003-4480-5145

alim.nasirov@ogr.iu.edu.tr

 

Şah İsmayıl I və Çarlz V: XVI əsrin əvvəllərində diplomatik görüşlər

 

Xülasə

 

1501-ci ildə Azərbaycan şəhəri Təbrizdə əsası qoyulan Səfəvilər dövləti, qısa müddət ərzində Osmanlı İmperiyası ilə qarşıdurma vəziyyətinə gəldi. Bu geosiyasi vəziyyət dövlətin qurucusu Şah İsmayılı Qərbdəki xristian güclər ilə, o cümlədən sonradan V. Karl adı ilə Müqəddəs Roma imperatoru olan İspaniya kralı I Karl ilə ittifaq axtarışlarına sövq etdi. Hər iki hökmdarın Osmanlı ekspansiyasını ortaq təhdid olaraq görməsi, qarşılıqlı diplomatik heyətlərin göndərilməsinə və  məktublaşmaların yazılmasına zəmin yaratdı. Mövcud tarixi mənbələrin təhlili göstərir ki, Petrus Maronita de Monte Libano və İohan Balbi kimi diplomatik fiqurlar Səfəvi-İspan əlaqələrinin idarə olunmasında həyati rol oynamışlar. Səfəvilər bu təmaslar vasitəsilə ittifaq quraraq Osmanlıları eyni anda iki cəbhədə döyüşməyə məcbur edəcək koordinasiyalı hücumlar təşkil etməyi hədəfləyirdilər. Lakin coğrafi məsafələrin uzaqlığı, xəbərləşmə kanallarının ləngliyi və bölgədəki dəyişkən siyasi balanslar səbəbindən bu ittifaq cəhdləri gözlənilən konkret hərbi nəticələri vermədi. Bu tədqiqatın məqsədi Şah İsmayıl dövründə İspaniya ilə qurulan diplomatik təmasların mahiyyətini, göndərilən elçilərin fəaliyyətlərini və bu ittifaq təşəbbüslərinin uğursuzluğa düçar olmasına səbəb olan maneələri təhlil etməkdir.

Açar sözlər: Səfəvilər dövləti, I Şah İsmayıl, V Karl, Səfəvi-İspan münasibətləri, Erkən yeni dövr diplomatiyası



Baxış: 9