Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/55/131-135

Qoşqar Bəylərov

Azərbaycan Dövlət Pedaqoji Universiteti

https://orcid.org/0000-0002-5411-1959

goshgar.baylarov@gmail.com

 

Rəqəmsal medianın siyasi iştirak prosesində transformativ rolu:

Azərbaycan təcrübəsi

 

Xülasə

 

Məqalədə müstəqilliyin bərpasından sonra Azərbaycanda rəqəmsal medianın inkişafı fonunda siyasi kommunikasiya və siyasi iştirak mexanizmlərində baş verən struktur dəyişikliklər təhlil edilir. Qlobal rəqəmsallaşma prosesi media sisteminin funksional əsaslarını dəyişmiş, informasiya istehsalı və yayımı daha çevik, interaktiv və şəbəkə əsaslı xarakter almışdır. Bu transformasiya vətəndaşların siyasi məlumatlanma səviyyəsinə, ictimai müzakirələrdə iştirak formalarına və siyasi davranış modellərinə birbaşa təsir göstərmişdir. İnformasiya-kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqi nəticəsində yalnız media mühiti deyil, həm də cəmiyyətin siyasi davranış modelləri, iştirak formaları və ictimai debatın strukturu yeni məzmun kəsb etmişdir. Bu baxımdan tədqiqat rəqəmsal media–siyasi iştirak münasibətini nəzəri baxımdan konseptuallaşdırır və institusional yanaşmalar çərçivəsində izah edir. Tədqiqat nəticələri göstərir ki, rəqəmsal media siyasi məlumat əldə etmək üçün əsas platformaya çevrilsə də, siyasi iştirak daha çox müşahidəçi xarakter daşıyır. Sosial media siyasi diskursun genişlənməsinə töhfə versə də, etik problemlər və dezinformasiya riskləri bu potensialın tam reallaşmasını məhdudlaşdırır. Məqalədə belə qənaətə gəlinir ki, rəqəmsal media Azərbaycanda siyasi kommunikasiya sisteminin mühüm komponentinə çevrilmişdir. Lakin siyasi iştirakın keyfiyyətcə dərinləşməsi institusional mühit, media savadlılığı və etik jurnalistika prinsiplərinin möhkəmləndirilməsi ilə birbaşa bağlıdır.

Açar sözlər: Azərbaycan, rəqəmsal media, siyasi kommunikasiya, siyasi iştirak, sosial media


Baxış: 8