Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/110/81-84

Elnur Həsənov

Azərbaycan Dövlət Aqrar Universiteti

https://orcid.org/0009-0009-9355-1496

helnur466@gmail.com

 

Quba-Xaçmaz bölgəsində müşahidə olunan zərərvericilər

 

Xülasə

Quba-Xaçmaz bölgəsindəki zərərvericilərin müşahidəsi yalnız yerli kənd təsərrüfatı və bağçılıq üçün deyil, ümumiyyətlə, regional ekosistem üçün də əhəmiyyətlidir. Bu bölgədəki müsbət iqlim şəraiti və torpaq resursları kənd təsərrüfatının inkişafı üçün əlverişlidir, lakin eyni zamanda müxtəlif zərərvericilərin də meydana gəlməsinə səbəb olur. Bu zərərvericilər kənd təsərrüfatı məhsullarına ciddi təhlükə yaratmaqla yanaşı, bitki sağlamlığı və məhsulun keyfiyyəti üzərində mənfi təsir göstərir. Araşdırmalarda ən çox rast gəlinən zərərvericilərin növləri müəyyən edilmişdir və onların bitkilər üzərində yaratdığı ziyanlar təhlil olunmuşdur. Ən çox rast gəlinən zərərvericilər arasında armud bagacıgı, alma bitkisinə təsir edən növlər və müxtəlif həşəratlar yer alır. Bu növlər həm bitkilərin yarpaqlarına, həm də meyvələrinə ziyan vuraraq məhsul itkilərinə səbəb olur. Bioekoloji tədqiqatlar bu zərərvericilərin yayılma arealını və ekosistemə verdiyi təsirləri ətraflı şəkildə öyrənməyə imkan verib. Zərərvericilərin fəaliyyətini başa düşmək, onların bioloji xüsusiyyətlərini təhlil etmək və yayılma mühitini müəyyən etmək mübarizə tədbirlərinin daha səmərəli tətbiqinə kömək edir.

Açar sözlər: zərərvericilər, Quba-Xaçmaz, bioekoloji xüsusiyyətlər, kənd təsərrüfatı, aqrotex­niki tədbirlər, pestisidlər, meyvə bitkiləri, mübarizə üsulları, ekosistem, tədqiqat


Baxış: 334