https://doi.org/10.36719/2663-4619/110/45-48
Fidan Allahverdiyeva
Azərbaycan Dillər Universiteti
https://orcid.org/0009-0007-0108-1913
allahverdiyevaf98@gmail.com
Qloballaşma dövründə Azərbaycanda multikulturalizm
Xülasə
Bu məqalədə qloballaşma dövründə Azərbaycanın multikulturalizm siyasətinin inkişafı və bu siyasətin beynəlxalq və daxili təsirləri araşdırılıb. Azərbaycan müxtəlif etnik və dini qrupların bir arada yaşadığı bir ölkə olaraq tarix boyu multikulturalizmi öz milli ənənəsi kimi qorumuş və inkişaf etdirmişdir. Müstəqillik dövründə isə Azərbaycan multikulturalizm siyasətini dövlət siyasətinin vacib bir hissəsi olaraq tətbiq etmiş, müxtəlif etnik və dini icmalar arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etməyə çalışmışdır. Qloballaşma ilə yanaşı Azərbaycan öz mədəni müxtəlifliyini qorumağa və bu müxtəlifliyi beynəlxalq səviyyədə tanıtmağa davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın multikulturalizm siyasəti həm daxili, həm də beynəlxalq səviyyədə uğurla tətbiq edilir. Dövlət bu siyasəti ilə yalnız etnik və mədəni müxtəlifliyi deyil, həm də dini müxtəlifliyi qorumağa çalışır və müxtəlif dinlər arasında dialoqu təşviq edir.
Azərbaycanın bu sahədəki uğurlu siyasəti ölkənin beynəlxalq əlaqələrində güclü bir mövqe əldə etməsinə, həmçinin dünya miqyasında multikulturalizm təcrübəsini paylaşmasına imkan vermişdir. Nəticədə, Azərbaycan qloballaşma dövründə multikulturalizmin tərəfdarı olan bir dövlət olaraq dünya səhnəsində önəmli bir yer tutur.
Açar sözlər: Azərbaycan, multikulturalizm, qloballaşma, etnik müxtəliflik, dövlət siyasəti