Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Qadın sahibkarların maliyyə mənbələri: bank kreditləri, mikromaliyyə, qrantlar, investisiyalar

 

Aytən Əlimirzəyeva

 

Xülasə. Qadın sahibkarlığı müasir iqtisadiyyatın inklüziv inkişafında mühüm rol oynayan əsas istiqamətlərdən biridir. Qadınların biznes fəaliyyətinə cəlb olunması məşğulluğun artırılması, ailə gəlirlərinin yüksəldilməsi və regional inkişafın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Lakin qadın sahibkarlar maliyyə resurslarına çıxış zamanı bir sıra ciddi çətinliklərlə qarşılaşırlar. Bu baxımdan onların istifadə etdiyi əsas maliyyə mənbələrinin – bank kreditləri, mikromaliyyə institutları, qrant proqramları və investisiya mexanizmlərinin təhlili aktual hesab olunur.

Bank kreditləri qadın sahibkarlar üçün ən geniş yayılmış maliyyə alətlərindən biridir. Lakin girov təminatı, kredit tarixçəsi və faiz dərəcələri kimi şərtlər qadınların kredit əldə etməsini xeyli çətinləşdirə bilər. Mikromaliyyə institutları isə daha çevik şərtlərlə, xüsusilə kiçik və yeni yaradılmış bizneslər üçün əlverişli imkanlar yaradır. Qrant proqramları dövlət və beynəlxalq təşkilatlar tərəfindən təqdim olunur və geri qaytarılmayan maliyyə dəstəyi formasında qadın sahibkarlığın təşviqinə xidmət edir. Bundan əlavə, investisiya mənbələri – xüsusilə biznes mələkləri və risk kapitalı – innovativ və yüksək potensiala malik qadın rəhbərliyində olan startapların inkişafında mühüm rol oynayır.

 

Açar sözlər: qadın sahibkarlığı, bank kreditləri, mikromaliyyə, qrant proqramları, investisiya mənbələri, maliyyə əlçatanlığı, gender bərabərliyi

 

 


Baxış: 7