Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Onlayn təhsil ilə ənənəvi təhsilin müqayisəsi

 

Aysu Əhmədova

 

Xülasə. Müasir dövrdə texnologiyaların sürətli inkişafı təhsil sistemində köklü dəyişikliklərə səbəb olmuşdur. Bu dəyişikliklərin ən mühüm nəticələrindən biri onlayn təhsilin formalaşması və geniş yayılmasıdır. Onlayn təhsil, ənənəvi təhsildən fərqli olaraq, zaman və məkan məhdudiyyətlərini aradan qaldırır, tələbələrə fərdi sürətlə öyrənmək, rəqəmsal resurslardan geniş istifadə etmək və qlobal təhsil imkanlarına çıxış imkanı yaradır. Ənənəvi təhsil isə sosial qarşılıqlı əlaqə, müəllim-tələbə münasibətləri və sinif mühitində praktiki bacarıqların formalaşması baxımından üstünlük təşkil edir. Onlayn təhsilin əsas üstünlükləri çeviklik, rahatlıq və resurslara asan çıxışla bağlıdır. Bununla belə, motivasiya çatışmazlığı, texnoloji bərabərsizlik və sosial təcrid kimi mənfi cəhətləri də mövcuddur. Ənənəvi təhsil forması isə interaktiv mühit, nizamlı öyrənmə strukturu və sosial bacarıqların inkişafına şərait yaradır, lakin zaman, məkan və maliyyə baxımından daha çox məhdudiyyətlərə malikdir. Onlayn və ənənəvi təhsil formalarının pedaqoji, psixoloji və metodoloji aspektlərindən yanaşmaq vacibdir. Onlayn təhsil fərdi öyrənmə yanaşmasını dəstəkləyir, tələbələrin öz sürətinə uyğun şəkildə materialları mənimsəməsinə şərait yaradır. Bu, xüsusilə yetkin yaşda təhsil alanlar və işləyən şəxslər üçün effektivdir. Lakin bu formatda motivasiyanın davamlı saxlanılması və öyrənənlərin özünüidarə bacarığı əsas rol oynayır. Ənənəvi təhsil isə müəllimlərin birbaşa nəzarəti və sinifdəki müzakirələr vasitəsilə daha nizamlı və emosional baxımdan güclü öyrənmə mühiti yaradır. Təlim keyfiyyəti baxımından, onlayn təhsildə rəqəmsal platformaların (Moodle, Google Classroom, Coursera və s.) istifadəsi interaktivliyi artırır, lakin müəllim-tələbə əlaqəsinin zəifləməsi və praktiki fəaliyyətlərin məhdudluğu bəzən tədrisin effektivliyinə mənfi təsir göstərə bilir. Ənənəvi təhsildə isə praktik məşğələlər, laboratoriya dərsləri və kollektiv öyrənmə prosesləri real təcrübə qazandırır.

 

Açar sözlər: onlayn təhsil, ənənəvi təhsil, rəqəmsal öyrənmə, hibrid təhsil modeli, tədris keyfiyyəti

 


Baxış: 8