Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019
Gülarə Qocayeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti
pedaqogika üzrə fəsləsə doktoru
https://orcid.org/0000-0002-0780-4082
sabinasadigova20@gmail.com
 
Müəllim şəxsiyyətinin pedaqoji və professional istiqamətləri
 
Xülasə
 
     Məqalədə müəllim şəxsiyyətinin pedaqoji və professional istiqamətləri təhlil olunur. Qeyd edilir ki, müəllimin peşə keyfiyyətləri anlayışı peşə hazırlığı və iş təcrübəsi prosesində əldə edilən bir çox vacib komponentləri özündə birləşdirir. Onlar pedaqoji fəaliyyətin effektivliyinə və uğuruna təsir edir, həm də peşəkar mükəmməlliyin əsasını formalaşdırır.
   Məqsəd müəllimin pedaqoji və professional xüsusiyyətlərini elmi tədqiqata cəlb etmək, bu xüsusiyyətlərin nələrdən ibarət olduğunu göstərməkdir. Məqalədə həmçinin müəllimin psixoloji cəhətləri də araşdırılır. Tədqiqat belə bir elmi nəticəyə gəlməyə əsas verir ki, müəllim fəaliyyət göstərən zaman təkcə bacarıqlarını meydana qoymamalı, ilk olaraq psixoloji baxımdan bu işə hazır olmalıdır. Bu məqam iş zamanı diqqətdə saxlanılmalıdır.
   Araşdırmalar belə bir elmi nəticəyə gətirib çıxarır ki, müəllim fəaliyyəti zamanı pedaqoji və professional istiqamətlər əsas tutulmalıdır.
     Açar sözlər: müəllim, fəaliyyət, şəxsiyyət, professional, istiqamət, pedaqoji, psixoloji

Baxış: 149