DOI: https://doi.org/10.36719/2706-6185/49/45-49
Gülarə Qocayeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-0780-4082
gulara.qocayeva@adpu.edu.az
Müasir müəllimin əsas xüsusiyyətləri
Xülasə
XXI əsrin özünəməxsus tələbləri var. Əgər bu dövrdə müasir müəllim olaraq fəaliyyət göstəririksə, onun xüsusiyyətlərini dərindən öyrənməliyik. Hər sahədə yenilikləri tətbiq etmək digər insanlar üçün əlverişlidir. Bu sahələr sırasında müəllim sənəti də eyni zamanda həmişə yeniliklər tələb edən sənətdir. Şagird, tələbə, ümumilikdə hər bir təhsilalan müəllimdən yeni metodika tələb edir. Unutmaq olmaz ki, “Cəmiyyətin düşməni cəhalət, cəhalətin düşməni isə müəllimdir” deyirlər.
Açar sözlər: müəllim, müasir yanaşma, bacarıq, tənqidi yanaşma, yaradıcı yanaşma