Müasir dövrdə autizmin yayılma göstəriciləri, epidemioloji statistik məlumatlar və beynəlxalq təcrübə
Xülasə. Müasir dövrdə aparılan epidemioloji tədqiqatlar göstərir ki, autizm spektr pozuntularının (ASP) yayılma tezliyi əvvəlki onilliklərlə müqayisədə xeyli artıb və bu, həm diaqnostika meyarlarının genişlənməsi, həm də maarifləndirmənin güclənməsi ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada təxminən hər 100 uşaqdan 1-i autizm spektr pozuntusuna malikdir; bəzi yüksək monitorinq olunan ölkələrdə bu göstərici daha da yüksək – təxminən hər 36–44 uşaqdan 1-i səviyyəsində qeyd olunur. ABŞ-da CDC-nin “Autism and Developmental Disabilities Monitoring (ADDM)” şəbəkəsinin məlumatlarına əsasən, ASP yayılma göstəricisi son illərdə davamlı artım meyli göstərir; oğlanlarda diaqnoz qızlara nisbətən dəfələrlə çox qoyulur ki, bu da cinsə görə fərqli bioloji həssaslıq və sosial-diaqnostik amillərlə əlaqələndirilir. Avropa ölkələrinin çoxunda da oxşar dinamika müşahidə olunur: erkən skrininq proqramlarının tətbiqi, məktəbəqədər müəssisələrdə inkişaf gecikmələrinin yaxından izlənməsi və valideynlərin məlumatlılıq səviyyəsinin artması rəsmi qeydiyyata düşən halların sayını yüksəldir. Bir çox tədqiqatçılar bunu “real artım”dan çox “diaqnostik genişlənmə” və statistik uçotun təkmilləşməsi ilə izah edirlər.
Açar sözlər: autizm, epidemiologiya, yayılma, diaqnostik,skrininq, beynəlxalq, inkişaf, risk, genetik, perinatal