DOI: https://doi.org/10.36719/2706-6185/59/77-81
Baba-Əli Səlimzadə
Azərbaycan İdman Akademiyası
https://orcid.org/0009-0001-7159-9167
baba-ali.salimzade@sport.edu.az
Qurban Cəbrayılov
Azərbaycan İdman Akademiyası
https://orcid.org/0009-0009-2735-0856
gurban.cabrayilov@sport.edu.az
Hüseyn Səfərov
Azərbaycan İdman Akademiyası
magistrant
https://orcid.org/0009-0005-0299-4111
huseyn.safarov.2024@sport.edu.az
Məşhur boksçuların zədədən sonra yarışlara yenidən hazırlığı
və adaptasiya prosesi
Xülasə
Bu məqalədə məşhur boksçuların zədədən sonra yarışlara yenidən hazırlıq və adaptasiya prosesləri araşdırılır. Zədələrin boksçuların fiziki və psixoloji vəziyyətinə təsiri, eləcə də onların bərpa müddətində tətbiq olunan metodlar sistemli şəkildə təhlil edilir. Araşdırmada göstərilir ki, bərpa prosesi yalnız fizioloji reablitasiya ilə məhdudlaşmır, həm də psixoloji adaptasiya, mental məşqlər və fərdi hazırlıq planlarının optimallaşdırılması ilə müşayiət olunur.
Məşhur boksçuların xüsusilə Muhammad Ali və Mike Tyson kimi idmançıların təcrübəsindən nümunələr gətirilərək, zədədən sonra fiziki, psixoloji və taktiki adaptasiyanın qarşılıqlı əlaqəsi izah edilir. Məqalədə həm peşəkar, həm də həvəskar boksçular üçün fərqli bərpa strategiyalarının önəmi vurğulanır.
Nəticələr göstərir ki, düzgün strukturlaşdırılmış bərpa və adaptasiya prosesi boksçuların fiziki dözümlülüyünü, emosional sabitliyini və yarış performansını artırmaqla yanaşı, zədələrin təkrarlanma riskini də azaldır.
Açar sözlər: boks, zədə sonrası bərpa, psixoloji adaptasiya, fizioloji reablitasiya