Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/54/60-66 

Mehmet Ergün

Bartın Universiteti

https://orcid.org/0000-0002-6149-2358

mergun@bartin.edu.tr

 

İslam hüququna görə çalışanın namaz haqqı

 

Xülasə

 

Namaz, ibadət məqsədi ilə günün müəyyən vaxtlarında müsəlman kişinin Allah-Təalanın hüzurunda durması, ruhunun Allah ilə konsentrasiya halına keçməsi deməkdir. Namaz, insanı maddi və mənəvi kirlərdən təmizləyən, daxili rahatlığa qovuşduran və istiqamət göstərən İslamın beş əsas prinsipindən ikincisidir. Həzrət Peyğəmbərin ölüm döşəyindəki son tövsiyələrindən birinin birbaşa namaz ibadəti ilə bağlı olması və namazı “gözlərimizin nuru” kimi təsvir etməsi bu ibadətin İslam dinindəki dəyərini açıq şəkildə göstərir. Çünki insan ruhu Yaradıcısı ilə əlaqə qurmadıqda vəhşilik səviyyəsinə enir və heç bir şeylə qane olmur. Bu səbəbdəndir ki, günün müəyyən vaxtlarında insanın Yaradıcısı ilə əlaqə qurması zəruri bir haldır. Məhz buna görə Allah namaz ibadətini fərz etmişdir.

Əksər işəgötürənlərin əhəmiyyət vermədiyi işçi hüquqlarından biri olan namaz ibadəti, eyni zamanda bir insan hüququdur. İşəgötürən tərəfindən belə bir hüququn nəzərə alınmaması insan hüquqlarının pozulması hesab olunur. İslam hüququna görə, işçi iş vaxtı ərzində namaz qılmaq üçün işəgötürəndən icazə almağa məcbur deyildir. Lakin namaz qılan işçi fərz olmayan, yəni nafilə namazlarla bağlı əlavə və uzatmalardan çəkinməli, yalnız fərz namazlarla kifayətlənməlidir. Əgər işəgötürən iş vaxtı ərzində işçinin bu şəkildə də namaz qılmaq hüququna qarşı çıxarsa, namaz vaxtı çıxmadığı təqdirdə işçi namazlarını istirahət saatlarında qılmalıdır. Bu da mümkün olmazsa, çalışan şəxs namazlarını mütləq şəkildə işdən sonra evində namazları birləşdirmək yolu ilə qılmalıdır.

Bu məqalədə “İslam Hüququna görə İşçinin Namaz Qılmaq Hüququ” mövzusu dəlilləri ilə birlikdə araşdırılacaqdır.

Açar sözlər: İslâm hüququ, çalışan, işçi, namaz hüququ


Baxış: 45