DOI: https://doi.org/10.36719/2706-6185/49/33-40
Leyla Əliyeva
Sumqayıt Dövlət Universiteti
tarix üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-8195-6092
leyla.eliyeva@sdu.edu.az
İrəvan xanlığının tarixi və bugünkü tarixi əhəmiyyəti
Xülasə
İrəvan xanlığı XVIII əsrin ortalarında tarixi Azərbaycan torpaqlarında formalaşmış mühüm feodal-siyasi qurumlardan biri kimi meydana çıxmışdır. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Çuxursəəd bəylərbəyliyi ərazisində müstəqil siyasi vahid kimi yaranan xanlıq Ağrı dağı düzənliyindən Göyçə gölünə və Araz çayının cənub-qərb istiqamətlərinə qədər geniş ərazini əhatə edirdi. Paytaxtı qədim İrəvan şəhəri olan xanlıq, minillik dövlətçilik ənənələrinin varisi və Azərbaycan tarixində mühüm mərhələ təşkil etmişdir.
Məqalənin əsas məqsədi İrəvan xanlığının siyasi inkişafını araşdırmaq, onun ərazi iddiaları çərçivəsində yaranan münaqişələri təhlil etmək və bu xanlığın bugünkü geosiyasi vəziyyətdə oynadığı rolu işıqlandırmaqdır. Bu məqsədlə tarixi mənbələrə, rəsmi sənədlərə və müasir geosiyasi qiymətləndirmələrə əsaslanaraq mövzu ilə bağlı akademik mübahisələr elmi şəkildə şərh olunacaq və obyektiv yanaşma təmin ediləcəkdir. Bu araşdırma, həmçinin İrəvan xanlığının yaranmasında rol oynayan daxili və xarici amillərin təhlilinə, eləcə də xanlığın süqutuna gətirib çıxaran proseslərin ardıcıl izahına yönəldilmişdir. Məqalədə demoqrafik dəyişikliklər, mədəni mirasın məhv edilməsi və həmin dövrün geosiyasi balansındakı dəyişikliklərin nəticələri də xüsusi diqqət mərkəzində olacaqdır.
Açar sözlər: İrəvan xanlığı, siyasi tarix, ərazi iddiaları, geosiyasi əhəmiyyət, Qərbi Azərbaycan