İqtisadi münasibətlərdə insan resurslarının idarə olunması
Sədaqət Əhmədova1* , Aslı Beyhan Acar2
,
Rahibə Əbdülhəsənova3 , Ülviyyə Nemətova4
Xülasə. İnsan resurslarının idarə olunması müasir iqtisadi münasibətlər sisteminin ayrılmaz və getdikcə daha çox strateji əhəmiyyət kəsb edən bir hissəsinə çevrilmişdir. Bu məqalədə də insan resurslarının idarə olunması (İRİ) anlayışı iqtisadi münasibətlər sistemi ilə əlaqəsi kontekstində araşdırılmış, insan kapitalı nəzəriyyəsindən strateji insan resursları menecmentinə, oradan rəqəmsal transformasiya dövrünün yeni tələblərinə qədər inkişaf yolu izlənmişdir. Tədqiqatda məsələyə həm makroiqtisadi, həm də mikroiqtisadi perspektivdən yanaşılmış, bazar iqtisadiyyatı şəraitində insan resursları idarəetməsinin institusional, struktural və funksional aspektləri müqayisəli şəkildə təhlil edilmişdir. Araşdırmanın əsas nəticəsi bundan ibarətdir ki, insan resurslarının idarə olunması mexanizmləri iqtisadi münasibətlər sistemini yalnız xaricdən deyil, daxildən formalaşdıran bir amildir; yəni bu idarəetmə sisteminin keyfiyyəti iqtisadi rəqabət qabiliyyətini, məhsuldarlığı və uzunmüddətli inkişaf potensialını birbaşa müəyyənləşdirir. Bundan əlavə, Azərbaycan iqtisadiyyatı kontekstindən çıxış edilərək milli inkişaf prioritetlərinin insan resursları idarəetməsi siyasəti ilə əlaqəsi müzakirə edilmiş, gələcək tədqiqatlar üçün potensial istiqamətlər müəyyənləşdirilmişdir.
Açar sözlər: insan resursları, iqtisadi münasibətlər, insan kapitalı, strateji idarəetmə, rəqəmsal transformasiya, əmək bazarı, təşkilati effektivlik, yaşıl iqtisadiyyat