DOI: https://doi.org/10.36719/XXXX-XXXX/2/23-27
İngilis dilinin tədrisində didaktik yanaşmaların effektivliyi: ənənəvi və interaktiv metodlara əsaslanan müqayisəli tədqiqat
Şəlalə Bünyadzadə 
Xülasə. Bu tədqiqat ingilis dili tədrisində ənənəvi və interaktiv didaktik yanaşmaların effektivliyini müqayisəli şəkildə araşdırır. Müxtəlif tədris üsullarından istifadə edən iki tələbə qrupu müqayisə edilmişdir. Nəticələr göstərir ki, interaktiv metodlar tələbələrin danışıq bacarıqlarını, motivasiyasını, dərsdə fəallığını və ümumi nailiyyətlərini daha çox inkişaf etdirir. Bununla yanaşı, ənənəvi metodlar qrammatikanın sistemli öyrədilməsi və nəzarətli məşqlər üçün faydalıdır. Araşdırma hər iki yanaşmanın məqsədyönlü inteqrasiyasının ingilis dili tədrisində daha səmərəli nəticələr verdiyini göstərir.
Açar sözlər: ingilis dili tədrisi, didaktik yanaşmalar, ənənəvi metodlar, interaktiv öyrənmə, kommunikativ səriştə