DOI: https://doi.org/10.36719/2706-6185/51/69-72
Rəna Xəlilbəyli
Azərbaycan Dillər Universiteti
https://orcid.org/0009-0005-6885-4496
mina.tagieva.1910@inbox.ru
İngilis dilində fellərin zamanlarının dəyişilmə tendensiyasının
öyrədilməsi metodikası
Xülasə
İngilis dilində fellərin zamanlarının dəyişilmə tendensiyasının öyrədilməsi prosesində zaman qruplarını ardıcıl (Simple, Continuous, Perfect, Perfect Continuous), köməkçi fellər, şəkilçili infinitivlər və ya qaydasız fel formaları (V1, V2, V3) üzərində fokuslanmaq və o cümlədən konteksdə fellərdən istifadə praktikası aşılanmalıdır ki, tələbələr onların mənasını və formalaşmasını anlaya bilsinlər. Sistematik öyrədilmə metodunda fel zamanları ardıcıl öyrədilməlidir. Strukturun tələbə tərəfindən dərk edilməsində fellərin formalaşması prosesində köməkçi fellər (məsələn: do, be, have), şəkilçilərin əlavə edilməsi (məsələn: -ing Continuous zamanı üçün), üç fel formalarından (V1 – infi- nitiv, V2 – sadə keçmiş, V3 – feli sifət) istifadə edilməklə izah edilməlidir. İlk növbədə də qaydasız fellərin işlədilməsinə fokuslanmaq lazımdır. Praktik metodda yalnız fellərin qrammatik formalarına deyil, hər bir fel zamanının işlədildiyi situasiyalarda mənasını öyrətmək lazımdır. Kontekstual öyrətmə metodunda tələbələrə real və ya real vəziyyətlərə müvafiq hallarda fel zamanlarının işlədilməsi praktikası və məşqləri tədris edilir.
Açar sözlər: fel zamanları, zaman kateqoriyaları, köməkçi fellər, fel formaları, fel markerləri, feli sifət