https://doi.org/10.36719/2663-4619/110/49-56
Tural Bədəlov
Bakı Mühəndislik Universiteti
magistrant
https://orcid.org/0009-0006-3451-399X
İnflyasiyanın ölçülməsi: Gürcüstan və Azərbaycan müqayisəsi
Xülasə
İnflyasiya iqtisadiyyatın dayanıqlılığı və cəmiyyətin rifahı üçün ən önəmli göstəricilərdən biridir. Çünki təsirini ev təsərrüfatları birbaşa olaraq öz ciblərində, özəl sektor isə istehsal və satışılarında hiss edirlər. İnflyasiya insanların həyat keyfiyyətinə, borclanma səviyyələrinə və seçici davranışlarına ciddi təsir göstərir. Bu da bir faktdır ki, iqtisadi agentlər inflyasiyanın sürətlə yüksəlməsi ilə bağlı həmişə narahatlıq keçirirlər. Bu mənada inflyasiyanın düzgün ölçülməsi və müqayisəliliyi çox vacib nüansdır. Bu araşdırma Cənubi Qafqazın iki ölkəsi ‒ Azərbaycan və Gürcüstanda inflyasiya ölçülməsi, beynəlxalq standartların tətbiqi və metodoloji fərqliliklərin təhlilinə yönəlib. İnflyasiya ölçülməsində istifadə edilən beynəlxalq standartlar, indeks və formulalar barədə məlumatları, fərqlilikləri göstərərək əhatə edir. Araşdırma nəticələri Azərbaycan və Gürcüstanda inflyasiya ölçmə mexanizmlərinin anlaşılmasına və daha səmərəli siyasətlərin formalaşmasına töhfə verə bilər.
Açar sözlər: İQİ, inflyasiya, istehlak səbəti