Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
DOI: 10.36719/AEM/2007-2019/47/118-120
Müəllif: Telli Tarıyel qızı İbrahimova, İradə Xəlil qızı Zamanova

Açar sözlər: pedaqogika, ana dili,  nitq inkişafı, bədii əsər
Key words: pedagogy, native language, speech development,work of fiction
Ключевые слова:  педагогика, родной язык, развитие речи, художественное произведение

Uşağın ana dilinə yiyələnməsi, onun nitqinin inkişaf etdiriliməsi məsələsi rus pedaqoqlarının əsərlərində daha geniş şəkildə əks olunmuşdur. Biz bunun daha aydın ifadəsini K.D.Uşinskinin əsərlərində görürük. Rus pedaqogikasının klassiki olan K.Uşinski (1824-1870) ilk dəfə ana dilinin ilkin təliminin elmi cəhətdən əsaslandırılmış sistemini yaratmışdır. İlk təlim zamanı ana dilinin məsələsini K.Uşinski qaldırmışdır. Ana dilinin əhəmiyyəti məsələsi Uşinskiyə qədər olan dövrdə də dərk edilmişdir. Lakin heç kim ana dilinin, bu «böyük xalq müəllimi»nin pedaqoji əhəmiyyətini Uşinski qədər mükəmməl formada göstərə bilməmişdir. Ayrı-ayrı fənlər içərisində pedaqoq ana dilinin təlim üsulunu xüsusi işləmişdir. Ana dilinin tədrisinə həsr etdiyi əsərlərdə dilin mənşəi haqqında o, idealist səhvlərə yol vermişdirsə də, lakin dilin tədrisi üsuluna aid olduqca faydalı göstərişlər də vermişdir.



Baxış: 1579