Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Aytac Əhmədəli qızı Məmmədova
Bakı Slavyan Universiteti
1999aytacmemmedovaHYPERLINK "mailto:1999aytacmemmedova@gmail.com"@gmail.com

ŞƏXS ADLARININ YAZILIŞI
(tezislər)

Şəxs adları dildə ən fəal, ən çox işlənən söz qrupudur. Ailə-məişətdə, ailə üzvləri arasında, iş yerlərində müraciətlər, əsasən, adlar vasitəsilə ifadə olunur. Buna görə də cəmiyyət daxilində adsızlığa yol verilmir, dünyada adsız insana təsadüf olunmur, pis-yaxşı, hamı ada malikdir.
Yaxşı, gözəl ad hər bir xalqın antroponimik sistemində ad mənəviyyatının əsasını təşkil edir.
Ad probleminə dair məsələlərin öyrənilməsinə Azərbaycan elmində keçən əsrlərdənbaşlanılmışdır. Bu məsələlərə bədii ədəbiyyatda da toxunulduğu müşahidə olunur. Ad probleminin ətraflı və geniş şərhi Azərbaycan elmində, əsasən, XXəsrdə geniş inkişaf tapmışdır.





Baxış: 895