Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Vüsalə Rafiq qızı Qasımova
Bakı Slavyan Universiteti
vusaleqasimova2020@gmail.com

AZƏRBAYCAN DİLÇİLİYİNDƏ SÖZ YARADICILIĞI

Açar sözlər: söz, söz yaradıcılığı, semantik üsul, sintaktik üsul, morfoloji üsul, leksik üsul
Key words: word, word formation, semantic method, syntactic method, morfological method, lexical method
Ключевые слова: слово, словообразование, семантический метод, синтаксический метод,
морфологический метод, лексическая метод

Giriş
Dilçilik elmi sürətlə inkişaf etməkdədir. Dilçilik elminin şöbələrindən biri də söz yaradıcılığıdır. Dilin sürətli inkişafında əsas rol oynayan dilin lüğət tərkibi məhz dilin zənginləşməsində, yeniləşməsində, o dildə danışan xalqın maddi və mənəvi səviyyəsinin yüksəldilməsində əsas rol oynayan amillərdən biridir. Lüğət tərkibi zəngin olan dilləri zəngin və qüdrətli dillər hesab edə bilərik. Dilin inkişafı, zənginliyi, rəngarəngliyi lüğət tərkibinin zənginliyi və çoxcəhətliliyi ilə əlaqədardır. Lüğət tərkibi özlüyündə dil üçün sözlərdən və ifadələrdən ibarət tikinti materialıdır. Xalqların iqtisadi, siyasi və mədəni həyatında baş verən dəyişikliklər, dünyada yaranan yeni istehsalat üsulları, müasir texniki tərəqqi, elmi naliyyətlər, aqrar təsərrüfatdakı əsaslı dönüş, elm, mədəniyyət, ticarət ədəbiyyatın inkişafı, ictimai yaşayış, əmək əlaqələrinin sıxlaşması, yeni ideologiyaların, İKT-nin inkişaf etdirilməsi və digər bir sıra amillərlə əlaqədar olaraq yaranan söz və söz ehtiyyatları ilə dilin lüğət tərkibinin zənginləşməsi və rəngarəngləşməsi baş verir. Lüğət tərkibinin zənginləş­məsi birbaşa söz yaradıcılığı prosesi ilə əlaqədardır.“Dildə “sözyaratma” məfhumunu sinxron və diaxron aspektlərdə işlətmək olar.


Baxış: 1728