Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Aytac Rauf qızı Teyyubova
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

“ŞUŞA”-nın TARİXİ-MEMARLIQ ABİDƏLƏRI
ELTURAN AVALOVUN QRAFİK SİLSİLƏSİNDƏ

Açar sözlər: Şuşa, abidə, qrafika, memarlıq, lövhə, ağ-qara cizgilər  
Key words: Shusha, monument, graphics, architecture, picture, black and white drawings  
Ключевые слова: Шуша, памятник, графика, архитектура, рисунок, черно-белые рисунки

İntiqam hissiylə coşurdu Şuşa,
Bu döyüş deyildi, adi tamaşa.
Düşmənin qurduğu hiylə torunda,
Son dəfə canını tapşırdı Şuşa. 
                             (Səməd Vurğun)

Şuşa Azərbaycan xalqı üçün həmişə qürur mənbəyi hesab olunan mövzu olmuşdur və bu təsviri incəsənətimizdə də özünü aydın bir şəkildə göstərir. Bu da səbəbsiz deyil. Azərbaycanın  unikal mədəniyyət mərkəzlərdən biri olan Şuşa Dağlıq Qarabağ Muxtar vilayətinin ən səfalı bölgələrindən biridir. Şəhərin əsası Pənahəli xan tərəfindən qoyulduğuna görə də ilk vaxtlarda “Pənahabad” adlandırılırdı. Şuşa qalası 3 əsas qapıya malik idi: Ağoğlan, Gəncə, İrəvan qapıları. Qarabağın incisi sayılan Şuşa öz tarixi memarlığı ilə məhşur olan şəhərdir. Burada 549 qədimi bina, 17 məscid, 2 qəsr, 2 mədərsə,72 mühüm tarixi abidə və tanınmış şəxslərin evləri mövcuddur. Bu bölgədə yerləşən bir çox tarixi memarlıq abidələri memar Kərbalayi Səfixan Qarabaği tərəfindən inşa edilmişdir. Azərbaycanın Qarabağ bölgəsinin Erməni silahlı birləşmələri tərəfindən ələ keçirilmiş torpaqlarında  vandalizmin izlərini aydın bir şəkildə görmək mümkündür. Bunun ən başlıca nümunəsi isə memarlıq abidələrimiz hesab olunur ki, Ermənilər Azərbaycana məxsus olan bir çox abidələrin məhv edilməsini ilə yanaşı təəssüf ki, bəzilərinin də ermənləşdirilməsinə nail olmuşlar. Bu mənada Şuşa ünvanlı sənət əsərləri duyulası tarixi əhəmiyyət daşıyır. Çünki, zamanında malik olduqlarımızın gələcək nəsillərə çatdırılması üçün tarixi abidələrimizin bədiiləşdirilməsi ən yaxşı vasitədir.




Baxış: 1164