Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Lalə Əmrah qızı Fətəliyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti
lalefataliyeva0@gmail.com

KİÇİK MƏKTƏB YAŞLI OPTİK DİSQRAFİYALI UŞAQLARIN
XÜSUSİYYƏTLƏRİ VƏ NÖVLƏRİ

Açar sözlər: disqrafiya, optik disqrafiya, literal optik disqrafiya, güzgülü disqrafiya
Key words: dysgraphia, optical dysgraphia, literal optical dysgraphia, mirrow dysgraphia
Ключевые слова: дисграфия, оптическая дисграфия, литеральная оптическая дисграфия, зеркальная дисграфия

Kiçik məktəbyaşlı uşaqların yazı vərdişlərinin yaradılmasına oxu ilə bir vaxtda başlanılır. Hal-hazırda tipik uşaqların yazıya yiyələnməsi dörd mərhədə aparılır:
I mərhələ bələdləşdirici olub, böyük məktəbəqədər yaş dövrünü əhatə edir. Bu mərhələdə uşağa kağız vərəqi, karandaş və qələm ilə davranmaq bacarığı təlim edilir.  Onda görmə analizatorunun, əlin hərəkətləri formalaşdırılır. Uşaq yazını ünsiyyət vasitəsi kimi anlamağa başlayır.
II mərhələ analitik mərhələ olub, məktəb təlimində əlifbaya qədər və əlifba mərhələsini əhatə edir. Bu mərhələnin özü də iki yarımmərhələyə ayrılır: hərf elementləri və onların birləşmələrinin yazılması zamanı motorikanın inkişafının baş verdiyi sadə (elementar) mərhələ və səsin hərflə əlaqələrinin möhkəmləndirildiyi yarımmərhələ. 
III mərhələ analitik-sintetik (hərfdən sonrakı) mərhələdir. Bu mərhələ hərflərin hecalara, söz tərkibində birləşmələrinə keçidini təmin edir.




Baxış: 924