Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Lalə Məhəmməd qızı Cabbarova
Bakı Dövlət Universiteti
lalajabbarova@gmail.com,
Dəniz Qalib qızı Umarova
Xəzər Universiteti
danizumarova@gmail.com

MOBBİNQ FENOMENİ VƏ ONUN YARATDIĞI FƏSADLAR

Açar sözlər: mobbinq, psixoloji zorakılıq, iş yeri, psixoloji sağlamlıq
Key words: mobbing, psychological violence, workplace, psychological health
Ключевые слова: моббинг, психологическое насилие, рабочее место, психологическое здоровье

Giriş
Öz maddi təlabatlarını ödəmək naminə insanların bir çoxu günün böyük bir qismini iş yerində keçirirlər. İşini layiqincə yerinə yetirmək, uğur qazanmaq, dəyişən rəqabətə uyğunlaşmaq arzu edilən bir hal olmaqla yanaşı iş həyatının əsas amillərindən birinə çevrilib. Adi gündəlik həyatımızın bir çox sahəsində olduğu ki­mi, iş həyatında da bir sıra problemlər müşahidə olunmaqdadır. Fərqli şəxsi xüsusiyyətləri, düşüncələri, məqsəd­ləri və gözləntiləri olan şəxslərin bir araya gəldiyi iş mühitində bəzi zamanlarda psixoloji təzyiq, zorakılıq kimi hallara rast gəlindiyi müşahidə olunmaqdadır. Mobbinq son dövrlər işçilərin iş həyatında qar­şı­laşdıqları qlobal problemlərdən biri olub psixologiya, psixiatriya, hüquq, iqtisadiyyat, sosiologiya və s. kimi elm sahələri tərəfindən geniş şəkildə araşdırılmaqdadır.
Dilimizdə yeni olan mobbinq sözünün məna çalarına nəzər saldıqda güzəran  həyatında istifadə olunan bir çox deyimləri nümunə olaraq göstərmək olar: "quyusunu qazmaq", "torbasını tikmək", "gözdən salmaq", "üzü­nə gülüb arxasınca danışmaq" və s. kimi ifadələr əslində özündə mobbinqin səciyyəvi xüsusiyyətlərini əks etdirir. Adı çəkilən davranışlar hər biri özündə neqativ niyyəti əks etdirərək qarşı tərəfə zərər verməyə istiqamətlənir. Ədəbiyyatlarda müxtəlif dövrlərdə iş yerində mobbinqi ifadə etmək üçün H.Leyman (1990) psixoloji terror, C.Brodski (1976) təcavüz, C.Vilson (1991) iş yeri travması, İ.Sailifors (1987) günah keçisi, S.Kile (1990) sağlamlığı təhlükədə qoyan liderlik və s. kimi ifadələrdən istifadə etmişdir (Einarsen, 2000: 382). Terminin dəqiq bir qarşılığının olmaması səbəbi ilə bir çox dillərdə bu termin tərcümə olunmadan, mob­binq şəklində istifadə edilməkdədir (Beycan, 2014: 2). Məhz bu qeyd olunanları nəzərə alaraq, "mob­binq" anlayışının bir termin kimi Azərbaycan dilində saxlanılması məqsədə uyğun hesab edilmişdir.


Baxış: 1151