Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Şəlalə Sabir qızı Salmanova
Bakı Dövlət Universiteti

QURANDA ELM VƏ ÖYRƏNMƏYƏ TƏŞVİQ Tezislər)

Açar sözlər: İslam, Quran, elm, təfəkkür, ağıl 
Key words: Islam, Koran, science, thinking, mind
Ключевые слова: Ислам, Коран, наука, мышление, ум

Allah Təalanın bəşəriyyətə nazil etdiyi ən son nazil etdiyi ən son, ən mükəmməl din olan İslam dininin gücü, üstünlüyü onun müqəddəs kitabı Qurani-Kərimin əsrlərdən - əsrlərə dəyişilməmiş və təhrif olunmamış şəkildə bizə gəlib çatmasıdır. Qed etmək istərdik ki, heç bir din İslam dini qədər sağlam düşüncəyə, elmə, ağıl və iradəyə, hürriyyətə önəm verməmişdir. Peyğəmbərlərin sonuncusu Həzrəti Məhəmməd Peyğəmbər Allah kəlamını bizə çatdırarkən və şəriət qaydalarını qurarkən bizi kor-koranə təqlidə sövq etməmiş, həqiqəti görməyə, anlamağa, öyrənməyə, ağlımızdan istifadə etməyə çağırmışdır. İslamda ağıl dinin əsasıdır, ağlı olma­yan kəs isə şəriət qayda-qanunlarından sorumlu deyil. Ağlı olan, lakin zamanında, vaxtında döşün­məyən insan isə peşmançılıq hissindən əziyyət çəkər. Əl-Mülk surəsi, 10: “Onlar: Əgər biz (peyğəmbərlərin öyüd- nəsihətinə) qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq! – deyəcək”. 


Baxış: 1410