Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Nərmin Elnur qızı Qasımova
Bakı Dövlət Universiteti

BEYNƏLXALQ VALYUTA FONDUNUN FƏALİYYƏTİNDƏ PROBLEMLƏR

Açar sözlər: valyuta, maliyyə böhran, kredit, büdcə kəsiri, islahatlar
Keywords: currency, financial crisis, credit, budget deficit, reforms
Ключевые слова: валюта, финансовый кризис, кредит, дефицит бюджета, реформы

Giriş
Beynəlxalq Valyuta Fondu dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən mühüm institutlardan biridir. Beynəlxalq Valyuta Fondu dünya üzrə valyuta monitorinqini təşkil etmək, ehtiyacı olan ölkələrə borc vermək, qlobal inkişaf və iqtisadi sabitliyi təmin etmək istiqamətində fəaliyyət göstərir. Beynəlxalq Valyuta Fondu dövlətlər arasında pul münasibətlərini tənzimləmək üçün yaradılmışdır və qlobal pul sisteminin institusional əsasını təşkil edir. Beynəlxalq Valyuta Fondu həm iştirakçı ölkələrin iqtisadiyyatının, həm də bütövlükdə dünya iqtisadiyyatının inkişafında mühüm rol oynayır. 


Baxış: 947