Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Həbibə Mehdi qızı Əliyeva
Bakı Dövlət Universiteti
habibaaliyeva19@gmail.com

AZƏRBAYCAN RESPUBLİKASINDA RLİ ÖZÜNÜİDARƏETMƏNİN ƏSAS PROBLEMLƏRİ

Açar sözlər: Azərbaycan Respublikası, yerli özünüidarəetmə, bələdiyyə, yerli büdcə, səlahiyyət 
Key words: Azerbaijan Republic, local self-government, municipiality, local budget, authority
Ключевые слова: Азербайджанская Республика,местное самоуправление, муниципалитетместный бюджет, власть

Giriş
Sovet İttifaqının dağılmasından sonra müstəqil olan Azərbaycanda dövlətin mənafeyi naminə bir sıra sahələrdə islahatlar həyata keçirilməyə başlandı. Bu islahatların bir qismi isə dövlət idarəetməsi sahəsində həyata keçirilən islahatlar olmuşdur. Bu sahədə həyata keçirilən islahatların nəticələrindən biri də Azərbaycanda yerli özünüidarəetmə institunun yaradılması olmuşdur. Bu instutun yenicə müstəqil olmuş Azərbaycanda yaradılması mühüm əhəmiyyətə malik idi. Yerli özünüidarəetmənin əsasları ilk dəfə 1995-ci il 12 noyabr tarixində qəbul olunan Konstitusiyada öz təsbitini tapdı. Konstitusiya quruluşunun əsaslarından biri kimi çıxış edən yerli özünüidarəetməyə dair müddəalar Azərbaycan Respublikasının Konstitusiyasının “Yerli özünüidarəetmə” adlanan 4-cü bölməsində verilmişdir. 


Baxış: 1000