Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Xalıq Yusif oğlu Dadaşzadə
Bakı Dövlət Universiteti 

CİNAYƏT NƏTİCƏSİNDƏ VURULMUŞ ZƏRƏRİN
ARADAN QALDIRILMASI PROBLEMLƏRİ

Açar sözlər: zərərçəkmiş şəxs, zərərin  ödənilməsi, restitusiya, kompensasiya 
Key word: victim, reporation of damages, restitution, compensation 
Ключевые слова: потерпевший, возмещения ущерба, реституция, компенсация 

Tarix boyunca cinayət prosesində əsas tərəf kimi dövlət və cinayətin törədilməsində təqsirləndirilən şəxs çıxış edir və proses onların mübarizəsi, çəkişməsi şəraitində davam edirdi. Dövlətin əsas məqsədi maddi həqiqəti ortaya çıxarmaq, onun qoruduğu ictimai münasibətlərə törətdiyi ictimai təhlükəli əməllə zərər vuran şəxsi cəzalandırmaqdan ibarət olmuşdur. Cinayət nəticəsində maraqlarına zərər vurulmuş şəxs bu prosesdən kənar qalmış və onun rolu cinayəti xəbər verməklə məhdudlaşdırılmışdır, hüquqi statusu isə şahidin statusundan fərqlənməmişdir. Buna görə də zərərçəkmiş şəxs prosesdə aktiv iştirak edə bilməmiş, öz hüquqlarının və qanuni mənafelərinin şəxsən müdafiəsinə nail ola bilməmişdir. [1, s. 8] Zərərçəkmiş şəxsin cinayət prosesindəki belə hüquqi vəziyyəti ancaq 1970-ci illərdə müxtəlif beynəlxalq təşkilatların diqqətini cəlb etmiş və nəticədə BMT və Avropa şurası tərəfindən cinayətin qurbanının hüquqi vəziyyətinə dair müxtəlif sənədlərin qəbulunu şərtləndirmişdir. 


Baxış: 1149