Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Mətləb Sahib oğlu Məmmədzadə
Milli Aviasiya Akademiyası

QANUNİ SAHİBKARLIQ (KOMMERSİYA) FƏALİYYƏTİNƏ MANE OLMA
CİNAYƏTİNDƏ VƏZİFƏLİ ŞƏXSLƏRİN ROLU

Açar sözlər:sahibkarlıq fəaliyyəti, vəzifəli şəxslər, iqtisadi fəaliyyət, qanuni sahibkarlıq
Key words: entrepreneurial activity, officials, economic activity, legal entrepreneurship
Ключевые слова:предпринимательская деятельность, чиновники, хозяйственная деятельность, легальное предпринимательство

Giriş
Şəxsiyyətin, onun hüquq va azadlıqlarının, eləcə də mülkiyyətinin cinayətkar qəsdlərdən qorunması Azərbaycan Respublikasında qüvvədə olan Cinayət Məcəlləsinin əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir. Müstəqillik dövründə yeni iqtisadi münasibətlərin yarandığı, inkişaf etdiyi bir şəraitdə iqtisadi fəaliyyət sahəsində yaranan (formalaşan) ictimai münasibətlərin kriminallaşması təhlükəsi reallığa çevrilmiş, mütəşəkkil cinayətkarlıq və korrupsiya inkişaf etmiş, cinayətkar elementlərin hakimiyyət orqanlarına daxil olmaq təhlükəsi yaranmışdır. Azərbaycan Respublikasının 1999-cu ildə qəbul edilən yeni Cinayət Məcəlləsində iqtisadi sahədə yaranan ictimai münasibətlər hüquqi cəhətdən dövlətin mühafizəsinə götürülmüşdür (24-cü fəsil, 190-213-cü maddələr). İqtisadi fəaliyyət sahəsində olan cinayətlərin məsuliyyətini müəyyən edən cinayət-hüquqi normaların müəyyən edilməsinin məqsədi dövlətin iqtisai siyasətinin həyata keçirilməsinin təmin edilməsindən ibarətdir.


Baxış: 1064