Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Günay Musa qızı Quluzadə
Bakı Slavyan Universiteti

FERMA ƏDƏDLƏRİ, FERMA NÖQTƏSİ VƏ FERMA TEOREMLƏRİ

Açar sözlər: Pyer Ferma, teorem, mahiyyət, isbat, nəticə, düstur, nöqtə, üçbucaq 
Key words:Pierre Ferma, theorem, essence, proof, result, formula, point, triangle
Ключевые слова: Пьера Ферма, теорема,суть,доказательства, результат, формула, точка, треугольники

Pyer Ferma 17 avqust 1601-ci ildə Fransada dünyaya gəlmişdir. O, XVII əsrin ən nəhəng riyaziyyat­çıla­rından biridir. Ədədlər nəzəriyyəsi, həndsə, cəbr, riyazi analiz (maksimum və minimumların tapılma üsul­ları), ehtimal nəzəriyyəsilə məşğul olmuşdur. Rene Dekartla birlikdə analitik həndəsənin yaradıcılarından biridir. Ədədlər nəzəriyyəsində onun iki teoremi – Fermanın böyük və kiçik teoremləri xüsusilə məşhurdur. O, heç bir kitab yazmamışdır (o vaxtlar elmi jurnallar da yox idi). Ondan yalnız dostlarına yazdığı məktublar qalmışdır. Lakin bu məktublarda riyaziyyata aid faktlar Fermanı Fransanın ən böyük riyaziyyatçılarından birinə çevirir. P.Ferma və B.Paskalın bir-birinə, yazdıqları məktublardakı faktlar Ehtimal nəzəriyyəsinin inkişaf tarixinin başlanğıcıdır. Fermanın əyriyə toxunan düz xəttin qurulmasına, əyrixətli trapesiyanın sahə­si­nin tapılmasına, əyrinin uzunluğunun hesablanmasına tətbiq etdiyi, üsullar diferenesial və inteqral he­sa­bının yaradılmasına yol açdı. Bunlara baxmayaraq, Fermanı məşhurlaşdıran onun ədədlər nəzəriyyəsinə aid işləri ol­muşdur. Fermanı həlli olmayan məsələlər daha çox maraqlandırırdı. Onun ən məşhur “mümkün­süz­lük” haq­qında təklifi Fermanın böyük teoremidir.


Baxış: 1207