Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Lalə İlqar qızı Abdurahmanova
Bakı Dövlət Universiteti

DÖVLƏTİN TURİZM SFERASINDA FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Açar sözlər: turizm fəaliyyəti, dövlət siyasəti, vətəndaş, iqtisadiyyat, vergi, turist
Key words: tourist activity, public policy, citizen, economy, tax, tourist
Ключевые слова:   туристическая деятельность, государственная политика, гражданский, экономический, налоговый, туристический

Giriş
Turizm fəaliyyəti ayrı-ayrı şəxslərin istirahət və asudə vaxt hüququnun səmərəli keçirilməsi, ödənişli dövri məzuniyyət hüququnun realizəsi ilə bağlı münasibətləri əhatə edən bir fəaliyyət növü hesab edilə bilər. Eyni zamanda ayrı-ayrı dövlətlər iqtisadi gəlir əldə etmək maraqları baxımından ölkə turizminin inkişafına yönələn tədbirlər işləyib hazırlayırlar.  Bu gün dövlətimiz həm daxili turizmin inkişafına, həm də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir. Turizm, əhalinin ehtiyaclarını qarşılamağa və əhalinin həyat səviyyəsinin yüksəlməsinə yönəlmiş bir sahə kimi, müasir iqtisadiyyatın inkişafında əhəmiyyətli yer tutur. Eyni zamanda, turizm iqtisadiyyatın digər sahələrindən fərqli olaraq, təbii ehtiyatların tükənməsinə gətirib çıxara bilməz. Çünki turizm ixracata yönəlmiş bir sahədir və dünya bazarlarında qeyri-sabit vəziyyətdə digər sənaye sahələrinə nisbətən daha sabitdir.
Müasir dövrdə turizm bir sıra iqtisadi, sosial və humanitar funksiyaları yerinə yetirərək, bir çox ölkələrin sosial və iqtisadi inkişafının mənbələrinə çevrilmişdir. Azərbaycan Respublikasının cari qanunvericiliyi tu­ristlərin hüquq və mənafelərinin təmin edilməsi və qorunması ilə bağlı münasibətləri tənzimləyir. 


Baxış: 977