Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Cəmil Şamil oğlu Quliyev
Lənkəran Dövlət Humanitar Kolleci

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV İRSİNDƏ İSLAM DƏYƏRLƏRİ VƏ TOLERANTLIQ

Açar sözlər: Ümummilli lider Heydər Əliyev, müstəqillik, mənəvi dəyərlər, islam, tolerantlıq
Key wordsNational leader Heydar Aliyev, independence, moral virtues, Islamtolerance
Ключевые слова: Oбщенациональный лидер Гейдар Алиев, независимость, нравственные ценности, исламтолерантность

Giriş
Məlum olduğu kimi, Sovet dövlətinin ideologiyasında sosialist şüarlarla yanaşı ateist təbliğat da xüsusi yer tuturdu və bu ideologiya əsas gücünü islamla mübarizəyə sərf edirdi. Heydər Əliyev həmin təbliğatın mahiyyət və hədəflərini yaxından izləyən və anlayan, onun psixoloji ağırlığını öz içində yaşadan canlı bir şahiddir. Heydər Əliyev 1997-ci ildə Mədinə şəhərindəki Peyğəmbər məscidinin şərəf kitabına yazdığı ürək sözlərində öz duyğularını belə ifadə etmişdi: “Allaha şükür olsun ki, uzun illər qəlbimdə yaşayan arzuma, niyyətimə nail oldum. Bu tarixi hadisə qəlbimdə böyük həyəcan və rahatlıq hissi yaratdı, Allahın bö­yüklüyünü dərk etdim!” [Əliyev 1998, s. 2-3]. Qurani-Kərimin əl-Bəqərə surəsinin 284-cü ayəsində deyilir: “Göy­lərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasa­nız da Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. Allah istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah, hər şeyə qadirdir!” [Bünyadov 1997, s. 50].


Baxış: 1097