DOI: https://doi.org/10.36719/2663-4619/103/70-75
Nilufər Yusifova
Bakı Mühəndislik Universiteti
magistrant
nilufar.yusifova@gmail.com
MÜƏSSİSƏNİN BİZNES PROSESİ VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ
Xülasə
İqtisadi ədəbiyyatda “biznes” termininin müxtəlif anlayışlarına rast gəlinir. Məsələn, Alan Xosking biznesə belə tərif vermişdir: “Biznes təbii nemətlərin hasilatı, əmtəənin istehsalı, yaxud əldə edilməsi və satışı, digər əmtəələrin dəyişdirilməsində xidmətlərin göstərilməsi, maraqlı şəxslərin, yaxud təşkilatların qarşılıqlı gəlirinə xidmət, pul üzrə fiziki şəxslərin, müəssisələrin və təşkilatların həyata keçirdikləri fəaliyyətdir”.
İstənilən biznesin müəssisə şəklində öz iqtisadi-təşkilati forması olur. Müəssisə oxşar mühitdən bazarda ayrılmağa cəhd edərək firma adı və atributları şəklində öz fərqli cəhətlərini yaradır.
Müəssisə mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət alınması məqsədilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir.
Açar sözlər: müəssisə, infrastruktur, idarəetmə, optimallaşdırma, biznes-plan
Nilufar Yusifova
Baku Engineering University
master student
nilufar.yusifova@gmail.com
Enterprise business process and its improvement
Abstract
Different defınitions of the term “business” can be found in the economic literature. For example, Alan Hosking gave the following defınition to business: “Business is the activity of natural persons, enterprises and organizations in the extraction of natural resources, the production or acquisition and sale of goods, the provision of other services in the exchange of other goods, the mutual benefıt of interested persons or organizations, and money.
Any business has its own economic and orqanizational form in the form of an enterprise. An enterprise creates its own distinctivenessin the form of a brand name and attributes, trying to differentiate itself from a similar enviroment in the market.
An enterprise is an independent economic entity, a legal entity that produces and sells products, performs work and provides services for the purpose of meeting public demand and making a profit, regardless of the form of ownership.
Keywords: enterprise, infrastructure, management, optimization, business plan