Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/96/96-100

Famil Mədətov

Bakı, Azərbaycan

familmadatov11@gmail.com


FUAD KÖPRÜLÜNÜN ELMİ İRSİNDƏ 

KİTABİ-DƏDƏ QORQUD” DASTANININ YERİ


Xülasə

Oğuz türklərinin ortaq abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı eyni zamanda bəşər mədəniyyətinin də zəngin mənəvi xəzinəsidir. Abidənin öyrənilməsi həm yerli, həm də dünya alimlərinin daim diqqət mərkəzində olmuşdur. Bununla bağlı çoxsaylı elmi tədqiqatlar aparılmış və sovet rejiminin süqutu nəticəsində bir sıra türk xalqlarının öz istiqlaliyyətlərinə nail olmasından sonra bu, daha geniş vüsət almışdır. Məlumdur ki, sovet ideologiyası zaman-zaman türk xalqlarının tarixi keçmişini əks etdirən, milli dəyərlərin və genetik yaddaşın daşıyıcısı olan folklorun bir sıra nümunələrini, o cümlədən də “Kitabi-Dədə Qorqud”u yasaq etmiş və bununla da əsrlərdən gələn mənəvi bağları süni şəkildə qırmağa çalışmışdır. Bütün maneələrə baxmayaraq, bu dastan sovet imperiyasının təsir dairəsində olan Azərbaycanda da nəşr olunmuş, haqqında çoxsaylı tədqiqatlar aparılmışdır. 

Dastanla bağlı F.Köprülünün araşdırmaları özünün elmi-nəzəri sanbalı, tarixi-mədəni dəyəri ilə seçilir. Bir tədqi

qatçı kimi F.Köprülü “Kitabi-Dədə Qorqud”un ideya-bədii cəhətdən mükəmməl sənət örnəyi kimi türk xalqlarının düşüncəsində mühüm rol oynadığını ayrı-ayrı yazılarında da dönə-dönə vurğulamışdır. O, “Türk ədəbiyyatının mənşəyi”, “Ozan” adlı məqalələrində, “Türk edebiyyatında ilk mutasavvıflar” adlı kitabında epos yaradıcılığı ilə bağlı qiymətli fikirlər irəli sürmüşdür. 

Açar sözlər: F.Köprülü, “Kitabi-Dədə Qorqud”, dastan, ənənə, ozan, qopuz


Famil Madatov  

Baku, Azerbaijan

familmadatov11@gmail.com


The place of the epic “Kitabi-Dada Gorgud” in the scientific heritage of Fuad Koprulu


Abstract

The Book of Dada Gorgud” epic, which is a common monument of the Oghuz Turks, is also a rich spiritual treasure of human culture. The study of the monument has always been the center of attention of both local and world scientists. Numerous scientific studies have been conducted in this regard, and after the fall of the Soviet regime, a number of Turkic nations achieved their independence, and it became more widespread. It is known that the Soviet ideology from time to time banned a number of examples of folklore, which reflect the historical past of the Turkish people, are carriers of national values and genetic memory, including “The book of Dada Gorgud”, and thereby tried to artificially break the spiritual ties that have come from centuries. Despite all the obstacles, this saga was published in Azerbaijan, which was under the influence of the Soviet empire, and numerous studies were conducted about it. F.Koprulu's research on the epic stands out for its scientific-theoretical and historical-cultural value. As a researcher, F.Koprulu has repeatedly emphaized in his seperate writings that “The Book of Dada Gorgud” plays an important role in the thinking of the Turkish people as an ideal and artistic example of art. In his articles “The Origin of Turkish Literatue”, “Ozan”, and his book “The First Sufis in Turkish Literatue”, he put forward valuable ideas about epic creation. 

Keywords: F.Koprulu, “The Book of Dada Gorgud”, epic, ozan, gopuz  



Baxış: 375