Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/91/97-104

     Sənan İbrahimov

Azərbaycan Dövlət Su ehtiyatları Agentliyi

qilincarslan1980@gmail.com


ÜMİD QAPISI”-NIN İQTİSADİ-SOSİAL, TARİXİ-DİPLOMATİK VƏ 

HƏRBİ-SİYASİ ƏHƏMİYYƏTİ


Xülasə

Ümid körpüsü 1992-ci il mayın 28-də istifadəyə verilmiş Azərbaycan-Türkiyə sərhədində Araz çayı üzərindən keçən 286 metr uzunluğunda tağlı körpüdür və Zəngəzur dəhlizinin qarşısındakı “yaşıl işıq”dır. Körpü Türkiyənin Diluk və Azərbaycanın Sədərək sərhəd-keçid məntəqələrini birləşdirir. Onun tikintisi 1991-1992-ci illərdə aparılıb və 1992-ci il mayın 28-də istifadəyə verilib. Ulu Öndər Heydər Əliyevin Naxçıvana qayıdışından sonra siyasi müstəviyə gətirilən Qars və Moskva müqavilələrinə yenidən baxıldı. “Bir xalq, iki dövlət” şüarı ulu öndərin əzəmətli vətənpərvər olduğu bu qədim vətəndə reallığa çevrildi. Türkiyə ilə Naxçıvan arasında müvəqqəti körpü 1991-ci il oktyabrın 29-da açılsa da, əsas körpünün tikintisi sürətləndirilib. Bu məsələ Heydər Əliyevin 1992-ci il martın 22-dən 24-dək Türkiyəyə səfəri zamanı Ankarada imzalanmış əməkdaşlıq haqqında protokolda öz əksini tapmışdır.

1992-ci il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial və siyasi əlaqələrin inkişafının simvolu sayılan Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir. Naxçıvanda bu körpünün istifadəyə verilməsi ilə blokadanın ağır nəticələri tədricən aradan qaldırıldı, əhalinin maddi rifahı yaxşılaşdı, dünyaya muxtar respublika təqdim olundu, onun Qərbə inteqrasiyası başlandı.

Açar sözlər: Heydər Əliyev, Süleyman Dəmirəl, Dilucu, Sədərək, İqdir, Ümid qapısı, blokada 


Sanan Ibrahimov

Azerbaijan State Water Resources Agency

qilincarslan1980@gmail.com


Economic-social, historical-diplomatic and military and political 

significance in "Hope Gate"


Abstract

The Umid Bridge is a 286-meter-long arched bridge over the Araz River on the Azerbaijan-Turkey border, which was commissioned on May 28, 1992, and is the "green light" in front of the Zangezur Corridor. The bridge connects Turkey's Diluk and Azerbaijan's Saderak border crossing points. Its construction was carried out in 1991-1992 and it was commissioned on May 28, 1992. After the return of Great Leader Heydar Aliyev to Nakhchivan, the agreements of Kars and Moscow, which were brought to the political level, were revised, the slogan "One nation, two states" became a reality in this ancient homeland where the great leader was a great patriot. Although the temporary bridge between Turkey and Nakhchivan was opened on October 29, 1991, the construction of the main bridge was accelerated. This issue was reflected in the cooperation protocol signed in Ankara during Heydar Aliyev's visit to Turkey from March 22 to 24, 1992.

On May 28, 1992, the Saderak-Dylucu bridge, which is considered a symbol of the development of economic, cultural, social and political relations between the two countries, was commissioned. With the commissioning of this bridge in Nakhchivan, the severe consequences of the blockade were gradually removed, the financial well-being of the population improved, an autonomous republic was presented to the world, and its integration into the West began.

Keywords: Heydar Aliyev, Suleyman Demirel, Dilucu, Sadarak, Igdir, Gate of Hope, blockade




Baxış: 425