Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Aslan Ziya oğlu Aslanov
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 
Magistrant
aaslanov438@gmail.com

AZƏRBAYCAN RESPUBLİKASINDA NƏQLİYYAT DAŞIMALARININ
 MÜASİR VƏZİYYƏTİNİN TƏHLİLİ
Xülasə
Məqalədə Azərbaycan Respublikasında nəqliyyat daşımalarının müasir vəziyyətinin təhlili verilmişdir. Azərbaycan iqtisadiyyatında aparıcı yer tutan nəqliyyat sektorunun inkişaf dinamikasına nəzər salınmış və statistik göstəricilər verilməklə ətraflı təhlil olunmuşdur.
Nəqliyyat növlərinin təsnifatı verilərək ölkənin iqtisadiyyatında hər birinin oynadığı aparıcı rolu əsaslandırılmışdır.
Nəqliyyat sektorunun bütün sahələrdə oynadığı mühüm rolu nəzərə alınaraq hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də bu sahənin genişləndirilməsi ilə bağlı bir çox layihələrin irəli sürüldüyü, tədbirlər görüldüyü və investisiyaların cəlb edildiyi vurğulanmışdır. Əsasən, avtomobil nəqliyyatı sahəsində çoxşaxəli işlərin görüldüyü nəzərə çatdırılmışdır.
Açar sözlər: nəqliyyat sektoru, nəqliyyat daşımaları, iqtisadi sahə, qeyri-neft sahəsi, logistika və ticarət

Aslan Ziya Aslanov

Analysis of the current situation of transportation in the Republic of Azerbaijan
Abstract
Analysis of the current state of transportation in the Republic of Azerbaijan was given in the article. The dynamics of development of the transport sector, which plays a leading role in the economy of Azerbaijan, was considered and analyzed in detail giving statistical indicators.
Given the classification of modes of transport the leading role of each in the country’s economy were substantiated.
Given the important role of the transport sector in all areas, it was noted that many projects, measures and investments have been put forward in our country, as well as in the world, to expand this area. It was noted that mainly a wide range of work is being done in the field of car transport.
Key words: transport sector, transportation, economic sector, non-oil sector, logistics and trade




Baxış: 1063