Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Türkan Yusif qızı Əhmədova
Lənkəran Dövlət Universiteti
doktorant
turkan_ahm@mail.ru

1139-CU İL ZƏLZƏLƏSİNİN GƏNCƏ ŞƏHƏRİNƏ
 TƏSİRİNƏ DAİR TARİXİ MƏLUMATLAR
Xülasə
XII əsr Azərbaycanın bir çox şəhərləri kimi Gəncə şəhərinin də çiçəklənmə dövrü kimi xarakterizə olunur. Eyni zamanda, bir sıra tarixi hadisələrə şahid olan şəhər bu dövrdə dəhşətli təbii fəlakətin dağıntılarına məruz qaldı. Zəngin tarixi keçmişə malik olan Gəncə şəhərində 1139-cu il sentyabrın 30-da 11 bal gücündə zəlzələ baş vermiş və şəhər xarabaya çevrilmişdir. Bir sıra müəlliflərin mətumatlarına əsasən dəhşətli təbii fəlakət nəticəsində 230 mindən 300 minədək şəhər sakini həlak olmuşdur. Əl-İsfahaninin sözləri ilə desək: “Gəncə şəhəri və mahalı torpağın altında qaldı. O, elə dağılmışdı ki, sanki yer üzündə belə bir şəhər heç olmamışdı”.
XII-XIII əsrlərdə Gəncə öz gözəlliyini yenidən bərpa etdi. Şəhər əzəmətini geri qaytardı, daha da şöhrətləndi. Dirçəlmiş şəhər mədəni və siyasi cəhətdən inkişafa doğru irəlilədi. 

Açar sözlər: Arranın mərkəzi, Gəncə, toponim, dəhşətli zəlzələ, Kəpəz dağı, dirçəliş, inkişaf 




Baxış: 791