Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Könül Mübariz qızı Vəliyeva
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
doktorant
konul.veliyeva97@gmail.com

MİLLİ İQTİSADİYYATIN İNKİŞAFINDA ƏSAS AMİL KİMİ
 QARABAĞIN TURİZM PERSPEKTİVLƏRİ
Xülasə
Müasir dünyada turizm bütün əlaqəli infrastrukturun inkişafına birbaşa və dolayı təsir göstərən sosial-iqtisadi hadisə kimi qəbul edilir. Müasir turizm nəqliyyat, sosial və xidmət sahələrinin yüksək inkişaf səviyyəsinə əsaslanır ki, bu da son nəticədə onu iqtisadiyyatın yüksək gəlirli sahəsinə çevirir. Ümumdünya Turizm Təşkilatının (ÜTT) məlumatına görə, turizm bu gün dünya iqtisadiyyatının ən gəlirli və dinamik sektorlarından biridir. Gəlirliliyə görə neft hasilatı və emalından sonra ikinci yerdədir.Turizm dünyanın ümumi milli məhsulunun təxminən 6%-ni, qlobal investisiyaların 7%-ni, hər 16-cı iş yeri, qlobal istehlak xərclərinin 11%-ni və bütün vergi gəlirlərinin 5%-ni təşkil edir.Bu baxımdan bir çox ölkələrdə turizm sektoru dövlət dəstəyi ilə fəal inkişaf edir. Tədqiqatın əsas məqsədi Qarabağda turizmin inkişaf perspektivlərini təhlil etməkdir.
Dağlıq Qarabağın böyük turizm potensialı var və işğaldan azad edilmiş ərazilərdə itirilmiş infrastruktur kommunikasiyalarının bərpası ilə biznes üçün, o cümlədən turizmin inkişafı üçün əlverişli şəraitin formalaşacağı gözlənilir. Məqalədə Qarabağda turizmin xüsusiyyətləri, turizmin inkişaf perspektivləri konsepsiyası, eləcə də problemlərindən bəhs edilir.

Açar sözlər: Qarabağ, turizm, inkişaf, iqtisadiyyat, perspektivlər




Baxış: 859