Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Yeganə Xanoğlan qızı Məmmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
yeganememmedova.doc@gmail.com

MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN NİTQİNİN İNKİŞAF
ETDİRİLMƏSİNDƏ TAPMACALARIN ƏHƏMİYYƏTİ
Xülasə
Bu gün məktəbəqədər yaşlı uşaqların ana dilinə yiyələnməsi təlim-tərbiyə işinin mühüm vəzifələrindən biridir. Uşağın nitq və düşüncəsinin inkişaf etdirilməsi, ətraf aləmi dərk etməsi, şəxsiyyətinin hərtərəfli formalaşması ilə sıx sürətdə bağlıdır. Uşaqların təfəkkürünü və nitqini inkişaf etdirmək, ətraf mühit haqqında təsəvvürlərini genişləndirmək və müşahidəçilik qabiliyyətlərini artırmaq üçün tapmacaların böyük rolu vardır. Əqli tərbiyənin mühüm vasitəsi kimi tapmacaların yaradılmasının məqsədi diqqətin və nitqin inkişafına kömək göstərməkdən, dildə olan çətin sözləri yaxşı tələffüz etməyi bacarmaqdan,  həmin sözləri tez-tez danışmaqla, təkrarlamaqla düzgün demək vərdişinə yiyələnməkdən, diqqəti toplamaqdan, söz ehtiyatını zənginləşdirməkdən ibarətdir. Beləliklə, tapmacalar uşaqların zehnini, təfəkkürünü cilalayır, həyatın müxtəlif sahələrinə dair onlara biliklər verir, görüş dairələrini genişləndirir, əşya və hadisələr haqqında məlumatlarını zənginləşdirir.
Açar sözlər: məktəbəqədər təhsil, ana dili, nitq inkişafı, tapmacaların əhəmiyyəti, bilik, bacarıq, vərdişlər

The importance of riddles in the speech development of preschool children
Summary
Today, mastering the mother tongue of preschool children is one of the important tasks of education. The development of a child's speech and thinking, perception of the world around him, is closely linked with the comprehensive formation of his personality. Riddles play an important role in developing children's thinking and speech, broadening their understanding of the environment, and enhancing their observation skills. The purpose of creating riddles as an important means of mental education is to help develop attention and speech, to be able to pronounce difficult words well, to acquire the habit of saying them correctly by speaking and repeating them often, to concentrate and to enrich vocabulary. Thus, riddles polish children's minds, give them knowledge about different areas of life, expand the circle of meetings, enrich their knowledge about objects and events.
Key words: preschool education, mother tongue, speech development, importance of riddles, knowledge, skill, habits




Baxış: 1488