Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/57/48-52

Məhbubə Məmmədova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

dissertant

https://orcid.org/0009-0009-4916-4982

pedagogmm57@gmsil.com

 

İbtidai təhsildə müəllim-şagird münasibətlərinin pedaqoji xüsusiyyətləri

 

Xülasə

 

İbtidai təhsil mərhələsində müəllim-şagird münasibətləri pedaqoji prosesin səmərəli təşkilində mühüm rol oynayan əsas amillərdən biridir. Bu münasibətlər pedaqoji ünsiyyət, qarşılıqlı hörmət, əməkdaşlıq və etimad prinsipləri əsasında formalaşır.

Müəllimin peşəkarlıq səviyyəsi, pedaqoji bacarıqları və şagirdyönümlü yanaşması şagirdlərin idrak fəaliyyətinin inkişafına, onların sosial münasibətlərinin formalaşmasına və şəxsiyyət kimi inkişafına mühüm təsir göstərir. İbtidai sinif müəllimi təlim prosesində şagirdlərin yaş və psixoloji xüsusiyyətlərini nəzərə almalı, onların fərdi qabiliyyət və maraqlarına uyğun inkişafetdirici təlim mühiti yaratmalıdır. Səmərəli pedaqoji ünsiyyət şagirdlərin özünəinamının artmasına, müstəqil düşünmə və yaradıcılıq bacarıqlarının inkişafına şərait yaradır. Eyni zamanda müəllimin innovativ təlim metodlarından və müasir təhsil texnologiyalarından istifadə etməsi təlim prosesinin keyfiyyətinin yüksəlməsinə və şagirdlərin təlim fəaliyyətində fəallığının artmasına səbəb olur.

Beləliklə, ibtidai təhsildə müəllim-şagird münasibətlərinin humanist və əməkdaşlıq prinsipləri əsasında qurulması şagirdlərin hərtərəfli inkişafının təmin edilməsində, onların sosial və intellektual potensialının reallaşdırılmasında mühüm pedaqoji əhəmiyyət kəsb edir.

Açar sözlər: təhsil, müəllim, şagird, ünsiyyət, peşəkarlıq, səriştə, inkişaf, motivasiya, yaradıcılıq, əməkdaşlıq

 

 


Baxış: 1