DOI: https://doi.org/10.36719/2663-4619/118/127-132
Sevinc Qocayeva
Bakı Slavyan Universiteti
https://orcid.org/0009-0009-6738-716X
sevinc.bsu@mail.ru
Səbinə Ramazanova
Bakı Slavyan Universiteti
https://orcid.org/0009-0005-4272-0238
sebine.ramazanova.72@mail.ru
Hepatit B və C-nin müasir diaqnostikası,
müalicə üsulları və ağırlaşmaları
Xülasə
Hepatit B və C virusları dünyada ciddi sosial və tibbi problem olaraq qalır. Hər il bu viruslar səbəbindən 1,1 milyon insan həyatını itirir, 3 milyona yaxın insan isə daşıyıcı kimi qeydiyyata alınıb. Hepatit B virusu qaraciyər xərçənginə, hepatit C isə qaraciyər sirrozuna səbəb ola bilər. Sirrozun yeganə müalicəsi qaraciyər köçürülməsidir və bu əməliyyatın dəyəri 100-150 dollar arasında dəyişir. Azərbaycanda 2009-cu ildə 465 hepatit B, 339 hepatit C hadisəsi qeydə alınıb. Hepatit B virusu qan, ana-bala və cinsi əlaqə yolu ilə ötürülür. Xəstəlik kəskin, xroniki və daşıyıcı mərhələlərə bölünür və uzun müddət simptomsuz keçə bilər. Virusdan qorunmanın ən effektiv yolu vaksinasiya və maarifləndirmə tədbirləridir.
Açar sözlər: Hepatit B, Hepatit C, Qaraciyər sirrozu, Qaraciyər xərçəngi, Virus yoluxması, Vaksinasiya, İctimai sağlamlıq