Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: İsgəndərzadə Aytən Murman qızı
Açar sözlər: təlim, riyaziyyat təlimi, inteqrasiya, ədəbiyyat təlimi, fənlərarası əlaqə.
Key words: education, teaching maths, integration, teaching literature, interdisciplinary relation. 
Ключевые слова: обучение, обучение математике, интеграция, обучение литературе, межпредметные связи.
 

Tədris prosesində fəndaxili və fənlərarası inteqrasiyanın təmin edilməsi bilik və bacarıqların şagirdlər tərəfindən daha asan mənimsənilməsi, dərslərin daha maraqlı və məzmunlu təşkili, uşaqlarda tədqiqatçılıq, elmlilik meyillərinin inkişafı üçün çox vacib şərtdir. 
Fənlərarası inteqrasiya bir neçə fənnə aid olduğu ortaq bilik və bacarıqların sintezi olmaqla yanaşı, bir fənnə aid anlayışların və metodların digər bir fənnin tədrisində istifadəsini nəzərdə tutur. Belə inteqrasiya müxtəlif fənlər arasında məntiqi əlaqələrin qurulmasına kömək edir. Bundan başqa, bu proses eyni bir bacarığın ayrı-ayrı fənlər vasitəsilə daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə təlim prosesinin keyfiyyətinin artırılmasına şərait yaradır. Fənlərarası və fəndaxili münasibətlərin, sadəcə, əlaqə deyil, inteqrasiya xarakteri daşıması bu münasibətlərin daha sıx və möhkəm olmasına, onun bütöv bir prosesə çevrilməsinə kömək edir. Müəllimlər pedaqoji prosesdə ondan daha səmərəli qaydada istifadə etmək imkanı qazanırlar. Bundan başqa, fənlərarası və fəndaxili inteqrasiya şagirdləri interaktiv öyrənməyə yönəldir, onların təbiət, cəmiyyət və insanlar haqqında qarşılıqlı əlaqələr şəraitində qurulmuş biliklərə yiyələnməsini stimullaşdırır.


Baxış: 2732