HAQQINDA
"Elmi Tədqiqat" beynəlxalq elmi jurnal elmin hər bir sahəsini əhatə edir, orijinal və yüksək keyfiyyətli elmi məqalələr dərc edən resenziyalı, açıq girişli (Open Access) elmi nəşrdir.
Jurnal 2021-ci ildən dövlət qeydiyyatına alınmış, həmin ildə Beynəlxalq ISSN Mərkəzində (e-ISSN 2789-6919) qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır. Akademik nəşr sahəsində beynəlxalq tələblərə uyğun olaraq fəaliyyət göstərən jurnal alim və tədqiqatçılara elmi tədqiqatlarını qlobal miqyasda yaymaq imkanı yaradır.
Jurnal beynəlxalq nəşr normalarına və etik qaydalara uyğun fəaliyyət göstərir, ciddi ekspert rəylərinin və redaksiyadaxili proseslərin düzgün təşkilini təmin edir, eyni zamanda, yeni tədqiqatlara çıxış imkanlarını artıraraq elmi tərəqqinin inkişafını dəstəkləyir.
"Elmi Tədqiqat" beynəlxalq elmi jurnal tədqiqatların qlobal miqyas üçün sərbəst şəkildə əlçatanlığını təmin edərək açıq giriş siyasətinə uyğun fəaliyyət göstərir.
Jurnalda yayımlanan hər bir məqaləyə unikal DOI: 10.36719 təyin edilir. Bu sistematik identifikator məqalələrin elmi mühitdə tanınmasını və əlçatanlığını təmin edir.