Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Elektron ticarətdə istehlakçı etimadının onlayn satınalma qərarına təsiri: sistematik ədəbiyyat icmalı

 

Suad Babayev

 

Xülasə. Bu tədqiqat İstanbul Gedik Universitetinin Lisansüstü Təhsil İnstitutunun Beynəlxalq ticarət ixtisası üzrə“Elektronik ticarətdə istehlakcı güvəninin daxili satınalma qərarı üzərindəki təsiri: sistemli ədəbiyyat təhlili” adlı magistr dissertasiyasından irəli gələrək hazırlanmışdır. Tədqiqatın məqsədi elektron ticarətdə istehlakçı etimadının onlayn satınalma qərarına təsirini sistematik ədəbiyyat icmalı metodu vasitəsilə hərtərəfli qiymətləndirməkdir. Tədqiqat PRISMA 2020 təlimatına uyğun olaraq aparılmış; Scopus, Web of Science və Google Scholar məlumat bazalarında dərc edilmiş tədqiqatlar əvvəlcədən müəyyən edilmiş daxil edilmə və xaric edilmə meyarları çərçivəsində sistematik şəkildə araşdırılmışdır. Uyğunluq meyarlarına cavab verən ümumilikdə 42 akademik tədqiqat araşdırmaya daxil edilmiş və əldə edilən nəticələr tematik sintez yanaşması ilə təhlil edilmişdir. Tədqiqatın nəticələri istehlakçı etimadı ilə onlayn satınalma qərarı arasında güclü və müsbət istiqamətli əlaqənin olduğunu göstərir. Araşdırılan işlər veb-sayt keyfiyyəti, məlumat keyfiyyəti, təhlükəsizlik tədbirləri, şəxsi məlumatların qorunması, satıcının reputasiyası və elektron ağızdan-ağıza kommunikasiya (e-WOM) amillərinin istehlakçı etimadının formalaşmasında mühüm rol oynadığını göstərir. Bundan əlavə, son illərdə süni intellekt əsaslı tətbiqlər, mobil ticarət sistemləri və rəqəmsal ödəniş texnologiyaları da etimad qavrayışına təsir edən mühüm amillər sırasında yer almağa başlamışdır. Bu tədqiqat elektron ticarətdə istehlakçı etimadı və onlayn satınalma qərarı arasındakı əlaqəyə dair aktual ədəbiyyatı sistematik yanaşma ilə sintez edərək ümumi tendensiyaları, tədqiqat boşluqlarını və gələcəkdə araşdırılması zəruri olan istiqamətləri ortaya qoyur. Bu baxımdan tədqiqatın həm elmi ədəbiyyata töhfə verməsi, həm də elektron ticarət müəssisələrinin etimad yönümlü strategiyalar hazırlamasına istiqamət verməsi gözlənilir.

 

Açar sözlər: elektron ticarət, istehlakçı etimadı, onlayn satınalma qərarı, onlayn alış-veriş, sistematik ədəbiyyat icmalı

 


Baxış: 7