Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

 

 

Dilin tədrisində yeni yanaşmalar və metodlar

 

Türkan İsmayıllı1* , Kövsər Abbasova2

 

Xülasə. Bu tədqiqat dil tədrisi çərçivəsində qrammatika təliminin rolunu araşdırır və effektiv öyrənməni dəstəkləyən yanaşmaları təhlil edir. Noam Chomskynin universal qrammatikası və Jean Piaget, Lev Vygotsky, Jerome Brunerin konstruktivist nəzəriyyələrinə əsaslanaraq, koqnitiv və sosial proseslərin əhəmiyyətini vurğulayır.Tədqiqat mühazirə və sual-cavab, induktiv və deduktiv yanaşmalar, birgə və tədqiqata əsaslanan öyrənmə, vizuallaşdırma və texnologiya dəstəkli üsullar kimi müxtəlif strategiyaları əhatə edir. Nəticələr göstərir ki, qrammatika tədrisi əzbərləmə ilə məhdudlaşmamalı, kommunikativ səriştə və tənqidi təfəkkürü inkişaf etdirən kontekstlərdə təqdim olunmalıdır. Çoxmetodlu, tələbəyönümlü yanaşma öyrənmənin effektivliyini və davamlılığını artırır.

 

Açar sözlər: dil, dil tədrisi, qrammatika, qrammatika tədrisi, metod


Baxış: 14