DOI: https://doi.org/10.36719/2706-6185/55/136-139
Leylan Abdinova
Azərbaycan Dövlət Pedoqoji Universiteti
magistrant
https://orcid.org/0009-0006-8696-1508
abdinleylan@gmail.com
Dərs prosesində müəllim qərarlarının metodiki əsaslandırılması
Xülasə
Müəllimlər peşə fəaliyyətləri boyunca tez-tez qeyri-rutin və qeyri-müəyyən situasiyalarla üzləşir və bu hallarda qərar vermək zərurəti yaranır. Bu araşdırmanın əsas məqsədi sinif idarəçiliyində müəllim fəaliyyətinin rasionalını və praktik məntiqini sistemli şəkildə təhlil etməkdir. Nəzəri çərçivə Simvolik İnteraksionizm və Klassik Praqmatizm yanaşmaları əsasında izah olunur; intizam pozuntuları və təlimin dayanmasına səbəb olan hallarda isə müəllimlərin davranış modellərinin formalaşmasına təsir edən determinantlar və qərarvermə mexanizmlərinin strukturu case study vasitəsilə araşdırılır. Empirik məlumat üç ibtidai sinif müəlliminin video müşahidələri və həmin materiallar əsasında aparılan yarı-strukturlaşdırılmış müsahibələrdən toplanmışdır. Toplanan nəticələr altı prinsip üzrə şərh edilir: şagirdlərin psixoloji xüsusiyyətləri, müəllimin kompetensiyaları, emosional vəziyyət, caring yönümlü pedaqoji yanaşma, situativ kontekst və məktəbin institusional-sosial mühiti. Bu prinsiplərin təhlili müəllimlərin sinifdəki davranışlarını və qərarvermə məntiqini daha dərindən anlamağa imkan verir. Araşdırmanın üçüncü hissəsində inteqrativ metodoloji paradigma təqdim olunur və gələcək tədqiqat istiqamətləri müzakirə edilir. Bu yanaşma müəllimin verbal və qeyri-verbal davranışlarının, həmçinin linqvistik, vizual və ürək ritmi dəyişkənliyi (HRV) göstəricilərinin vahid modeldə birgə təhlilinə şərait yaradır.
Açar sözlər: təhsil nəzəriyyəsi, sinif idarəçiliyi, müşahidəyə əsaslanan tədqiqat metodu