Arxiv
ELMİ İŞ - 2026
Müəllif: Firdovsiyyə Əhmədova, Elşad Nurəliyev
Açar sözlər: Cümhuriyyət, poçt-teleqraf, radiostansiya, Azərbaycan, Gəncə, rabitə, Parlament
Rabitə strateji əhəmiyyətə malik sahələrdəndir. Dövlətin, cəmiyyətin həyatında, idarəetmə sistemində başlıca rol oynayır. Bu səbəbdən də bütün dövrlərdə mövcud şəraitdən asılı olmayaraq rabitə sisteminin qurulmasına böyük önəm verilib indi de verilir.
XX əsrin əvvəllərində, 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə düşmüş Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə yaradılan hökümətin tərkibindəki nazirliklərindən biri də məhz rabitə sahəsi üzrə idi.
Azərbaycan Demokratik Respubtrkası dövründə ölkənin rabitə müəssisələrinin yaradılması və rabitə şəbəkəsinin qurulması məqsədilə təsis edilmiş nazirlik Poçt-teleqraf və Yollar Nazirliyi adlanırdı. Nazir vəzifəsinə isə ilk dəfə olaraq Xudadat bəy Məlik Aslanov təyin edildi. İndiki Rabitə və texnologiyaları Nazirliyinin əsası 1918-ci il may ayının 28-də qoyuldu.
Baxış: 871