Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/118/120-126

Mahirə Əmirova

Azərbaycan Tibb Universiteti

biologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0001-5598-6995

gerayelmira@gmail.com

Ellada Hüseynova

Azərbaycan Tibb Universiteti

biologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0003-8833-2770

ellada.huseyn@mail.ru

Əli Əliyev

Azərbaycan Tibb Universiteti

biologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0005-5717-1542

aiyev.ali@bax.az

Elşad Novruzov

Azərbaycan Tibb Universiteti

biologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0000-4182-1559

enovruzov2@amu.edu.az

 

Coca-cola, Pepsi-cola, enerji içkiləri, tünd şokolad

bədəndə qalıcı fəsad yaradır

 

Xülasə

 

Məqalədə qəhvənin insan orqanizminə hərtərəfli təsirini müəyyən etmək üçün son illərdə  aparılan elmi araşdırmalar haqqında məlumatlar yer alır.  Tərkibində kofein olan içkilər, o cümlədən qəhvə, ən çox istehlak edilən içkilərin sırasında yer alır, ona görə də onun istehlakının arzuolunmaz nəticələrinin qarşısını almaq üçün tərkibindəki maddələrin orqanizmə təsiri haqqında bilikləri genişləndirmək aktuallığını itirməyib. Beləliklə kofeinli içkilərin təkcə müsbət təsiri deyil, həm də mənfi cəhətləri haqqında bilik əldə etmək yerinə düşər. Qəhvənin antioksidant tərkibi və metabolizmə potensial təsirinin faydaları kimi tanınmış xüsusiyyətləri məlumdur. Lakin kofenin həddindən artıq istifadəsi zamanı yaranan fəsadlar, o cümlədən ürək-damar sisteminə mənfi təsiri və yuxu pozğunluqları kimi arzuolunmaz təsirləri ilə bağlı onun istifadəsini məhdudlaşdırmağın sağlamlığa müsbət təsiri  çoxuna məlum deyil. Son onilliklərdə əlavə olaraq məlum olmuşdur ki, tərkibində kofein olan içkilər reflüksə səbəb olaraq, bu simptomu olan xəstələrin vəziyyətini ağırlaşdırıb, mədə-bağırsaq traktının ciddi xəstəliklərinə yol aça bilər. Kofeinlə zəngin içki və qidalar (kofe, şokolad, çox tünd çay) hipertoniya, aritmiya, ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet, sirroz, qaraciyər xərçəngi, piylənmə və abstinensiya sindromu/asılılıq simptomlara gətirib çıxara bilər. Son nəşrlər mütəmadi kofe istifadə edən şəxslərdə psixoloji reaktivliyin və koqnitiv qabiliyyətin də azaldığını, eləcə də yuxusuzluğa dözümlülüyün zəiflədiyini göstərmişdir. Ədəbiyyatda verilmiş son illərin araşdırılmaları həkimləri xəstənin kofe ilə zəngin qidalardan həddindən artıq istifadə edib etmədiyini müəyyənləşdirməyə təşviq edir. Xəstədə kofe/kofeinli maddələrdən artıq istifadə halı mövcud olarsa, həkim xəstəni xəbərdar etməlidir ki, bu onun vəziyyətinin ağırlaşmasına səbəb olub, kofeinli içkilərdən asılılıq yarada bilər.

Açar sözlər:  aritmiya, abstinensiya, hipertoniya, kofein, 2-ci tip şəkərli diabet, qastro-ezofaqal reflüks, ürək-damar xəstəlikləri, Ca2+ malabsorbsiyası, xərçəng, allergiya



Baxış: 338